Icma.az
close
up
RU
Şiddətə meyilli olan uşaqların psixologiyası

Şiddətə meyilli olan uşaqların psixologiyası

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Uşaqlar bəzən ətrafına, yaşıdlarına və ailəsinə qarşı kodud, aqressiv davranışlar sərgiləyir, hətta zərər yetirir. Bir çox hallarda onlarda belə neqativ davranışlar tez-tez təkrarlanır və artıq etdikləri onlara normal bir davranış tərzi kimi görünməyə başlayır. Bu tip davranışlardan ən çox narahatlıq keçirən tərəf ailələr olur. Valideynlərdən bu məsələ ilə bağlı "Övladım çox aqressivdir, ətrafındakı insanlarla kobud rəftar edir. Bu halı necə düzəldə bilərik?" və ya "Övladımda şiddətə meyillilik var, bunu davranışlarından açıq şəkildə müşahidə etmək olur. Bu halı onun psixologiyasına mənfi təsir etmədən necə aradan qaldırmaq olar?" kimi müxtəlif suallar alırıq. Ümumiyyətlə təcrübələr göstərir ki, impulsiv, hiperaktiv uşaqlarda şiddətə meyilliliyə daha çox təsadüf olunur. Çünki onlar düşündükləri şeyləri ölçmür, nəticəsini hesablamır duyğu və istəklərini kontrol edə bilmirlər, ona görə də belə hallar bu tip qrupdan olan uşaqlarda daha çox müşahidə olunur. Şiddətə meyillilik uşağın davranışında, həyat tərzində, çəkdiyi rəsmlərdə də özünü göstərə bilir. Belə ki, qan, zorakılıq əlamətləri, qorxulu heyvanlar və s. çəkən uşaqlarda şiddətə meyillilik ola bilər. Həmçinin şəkildə qırmızı rəngdən çox istifadə etmək, şəkil çəkərkən davamlı karandaşı sərt basmaq kimi hallar da misal kimi göstərilə bilər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloq Yeganə Əsgərova qeyd edib ki, eyni zamanda birbaşa və ya dolayı yolla psixoloji və ya fiziki şiddət görən uşaqlarda da şiddətə meyillilik yarana bilər. Uşağın hər hansısa bir zorakılıq, şiddət, dava və s. hallara şahidlik etməsi də onda şiddətə meyilliliyin meydana gəlməsinə səbəb ola bilər. Ailəsi tərəfindən davamlı danlanan, təqdir görməyən, mühafizəkar, mükəmməlliyyətçi və həmişə "daha yaxşısını" istəyən ailələrdə böyüyən, tərbiyə edilən uşaqlarda da şiddətə meyilliliyə rast gəlinir. Beləcə daxili aqressiyası toplanır və uşaqlarda nəhayətində şiddətə çevrilir. Şiddətin ən təhlükəli növlərindən biri psixoloji şiddətdir. Belə ki, əgər vaxtında aşkarlanıb korreksiya edilməzsə bu uşaqlarda daha pis formaya keçə və özü ilə bərabər bir neçə psixoloji problemlər də yarada bilər. Belə vaxtı valideynlər nə etməlidir?

"İlk növbədə bu davranış və hərəkətlərə şiddətlə, aqressiv şəkildə cavab verməkdən çəkinməlidirlər. Çünki şiddətə şiddətlə cavab vermək düzgün çıxış yolu deyil. Bu kimi hallar yeniyetməlik dönəmində daha dəhşətli formaya gələ bilər, hətta o hala gələ bilir ki, artıq uşaqlar da valideynlərə istər psixoloji, istərsə də fiziki şiddət göstərməyə başlaya bilirlər. Eyni zamanda bəzi tip uşaqlar nəinki valideyninə, hətta özünə də şiddət göstərə və zərər yetirə bilir. Ancaq bu kimi hallara müdaxilə etmək gərəklidir. Valideynlər, müəllimlər belə uşaqlara son dərəcə səbirlə və təmkinlə yanaşmağı bacarmalıdırlar. Bu kimi halların yaşanmaması üçün valideynlər diqqətli olmalı və uşaqlarda hələ kiçik yaşlardan şiddətə meyillilik əlamətləri, davamlı şiddətlə bağlı nələrsə izləmək, çəkdiyi rəsmlərdə şiddətlə bağlı məqamların üstünlük təşkil etməsi və s. müşahidə etdikdə övladı ilə söhbət etməli, bunun səbəbini öyrənməlidir. Lazım gələrsə, mütləq peşəkar psixoloq dəstəyi alınmalı və bu problem zamanında korreksiya edilməlidir", - deyə psixoloq Yeganə Əsgərova qeyd edib.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri