Icma.az
close
up
RU
Uşaqların rəqəmsal təhlükələrdən qorunması və praktiki tövsiyələr Ekspertlərin RƏYİ

Uşaqların rəqəmsal təhlükələrdən qorunması və praktiki tövsiyələr Ekspertlərin RƏYİ

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda Azərbaycan Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) XI Toplantısı baş tutub. BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Burada əsas məsələ uşaqların mediadakı zərərli platformalardan uzaqlaşa bilməsi üçün media savadlılığının həm uşaqlarda, həm də valideynlər arasında artırılmasının vacibliyindən danışılıb. Bildiyimiz kimi, uşaqların zərərli paylaşımlardan qorunması üçün sosial mediaya nəzarət mexanizmləri olmalıdır.

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a  açıqlama verib.

O qeyd edib ki, günümüzün çox aktual və mühüm bir məsələsi olan və uşaqların həyatında yer tutan telefon, planşet, televizor və kompüterlər demək olar ki, ayrılmaz alətlərə çevriliblər:

“Uşaqları mavi ekrandan və sosial mediadan olan təhlükələrdən qorunması yolları var. Burada əsas məsələ qadağalar deyil, düzgün yönləndirmə və maarifləndirmədir. Praktik və balanslı yollar bunlardır:

1. Media savadlılığını artırmaq

Məktəblərdə media savadlılığı ilə bağlı müxtəlif cür fəaliyyətlərin davamlılığını qorumaq və zamana uyğun olaraq çevik inkişaf etdirilməsi lazımdır. Uşaqlara reklamın necə işlədiyini, hansı paylaşımların manipulyativ olduğunu və şəxsi məlumatları necə qorumaq lazım olduğunu başa salmaq lazımdır. Valideynlər üçün də maarifləndirici seminarlar, onlayn kurslar təşkil oluna bilər. Çünki valideyn uşaqdan geri qalırsa, nəzarət imkansızlaşır.

2. Yaş məhdudiyyətləri və texnoloji filtrlər

Platformalarda uşaqlara uyğun olmayan məzmunları avtomatik süzgəcdən keçirməsi üçün, süni intellekt əsaslı alətlər tətbiq oluna bilər. Uşaqlara uğurlu və təhlükəsiz alternativlər: YouTube Kids, Disney+, TikTok for Younger Users kimi platformalar təşviq edilə bilər. Hərçənd ki bu platformalarda da mədəniyyət fərqlərinə görə qəbul etməyin çətin olduğu nuanslar da ola bilər.

3. Zaman limiti və fiziki fəaliyyətin təşviqi

Valideyn nəzarət sistemləri (parental control) ilə ekran vaxtı gündəlik məhdudlaşdırılmalıdır (məsələn: 1-2 saat). Uşaqların gündəlik fiziki fəaliyyəti, kitab oxuma və ailə ilə zaman keçirmə halları artırılmalıdır”.

Ekspert əlavə edib ki, burada dünya təcrübəsindən də istifadə etmək lazımdır:

“Dünya təcrübəsi 1: Finlandiya modeli

Finlandiyada media savadlılığı ibtidai məktəbdən başlayaraq tədris olunur. Uşaqlara təkcə informasiya istehlakı deyil, həm də informasiya istehsalı (video çəkmə, bloq yazma, rəqəmsal etika) öyrədilir. Valideynlər üçün də məktəblərlə əməkdaşlıq çərçivəsində “rəqəmsal valideyn” seminarları təşkil olunur.

Dünya təcrübəsi 2: Avstraliya modeli

"eSafety Commissioner" adlı dövlət qurumu bütün ölkədə uşaqların onlayn təhlükəsizliyini təmin edir. Bu qurumun saytı üzərindən müəllimlərə, valideynlərə və uşaqlara uyğun tədris materialları təqdim olunur. Zərərli məzmunlar barədə şikayət sistemi onlayn şəkildə əlçatan və sadədir.

Media nəzarət mexanizmləri barədə tədbirlər də vacibdir. Ədalətli və effektiv bir nəzarət sistemi üçün balanslı bir modelə ehtiyac var. Dünyada ölkələrində bəzi təcrübələr mövcuddur. Platformalar uşaqlara zərərli məzmunların qarşısını almaq üçün hər zaman qanuni məsuliyyət daşıyır və daşımalıdır. Eyni zamanda sosial şəbəkələrin də yaş doğrulama sistemləri bir çox ölkələrdə qanunla tənzimlənir və tətbiqi effektiv olaraq genişləndirilir və maraqlı təcrübələrdən istifadə etmək mümkündür. Milli tənzimləyici orqan kimi müvafiq qurum yerli və xarici platformalarla əməkdaşlıq edə bilər, araşdırmalar apara bilər (uşaq psixologiyası, texnologiyanın təsiri və s.) və cərimə və inzibati tədbirlər görə bilər.

Dünya təcrübəsi 1: ABŞ COPPA (Children’s Online Privacy Protection Act)

13 yaşdan kiçik uşaqlar üçün internetdə şəxsi məlumatların toplanmasına ciddi qadağalar tətbiq olunur. Platformalar bu qaydalara əməl etmədikdə böyük məbləğdə cərimələnir. Məsələn, TikTok 2020-ci ildə 5.7 milyon dollar cərimələnmişdi.

Dünya təcrübəsi 2: Avropa İttifaqı – GDPR və DSA

GDPR (General Data Protection Regulation) çərçivəsində uşaqların məlumatlarının istifadəsi üçün valideyn razılığı tələb olunur. DSA (Digital Services Act) – Sosial media platformalarının uşaqlar üçün zərərli məzmunların yayılmasına qarşı məsuliyyət daşımasını tələb edir. Bu akt Avropada 2024-cü ildən etibarən tam tətbiq olunur.

Dünya təcrübəsi 3: Böyük Britaniya – Age Appropriate Design Code

2021-ci ildən qüvvədədir. Platformaların uşaqların yaşına uyğun dizayn etməyi məcbur edir. Bildirişlər məhdudlaşdırılır və s.

Uşaqları qorumağın bəzi effektiv yolları və praktiki tövsiyyələr:

Addım: Yaşın dəqiqləşdirilməsi və profil nəzarəti, ekran vaxtı limiti, zərərli məzmuna qarşı filtrlər, maarifləndirmə və birgə izləmə, rəqəmsal qaydalar.

Təsviri: Uşaqlar üçün sosial media qeydiyyatında yaş təsdiqi və valideyn nəzarəti rejimi tətbiq edilməlidir. Günlük 1-2 saatdan çox olmayan istifadə, Pornoqrafik, zorakı və manipulyativ məzmunların bloklanması, uşaqlar və valideynlər birlikdə kontent izləyərək müzakirə etməli, ailə daxilində mobil istifadə, sosial şəbəkə və şəxsi məlumat paylaşımı üçün qaydalar müəyyənləşdirilə bilər.

Alət və Platforma: Google Family Link, TikTok Family Pairing, Apple Screen Time, Android Digital Wellbeing, SafeSearch, Qustodio, Net Nanny, ailə film gecələri, interaktiv müzakirələr.

Unutmamaq lazımdır ki, uşaqları qorumağın yolu qadağalardan yox, maarifləndirmə və texnoloji imkanların balanslı istifadəsindən keçir. Valideynlər, müəllimlər və dövlət qurumları birlikdə çalışdığı müddətdə, hər zaman uğur əldə etməyin daha effektiv olacağını düşünürəm”.

Media eksperti Azər Həsrət bildirib ki, uşaqların əlbəttə ki, zərərli məzmundan uzaq tutula bilməsi üçün həm dövlətin, həm vətəndaşların, həm də birbaşa ailələrin üzərinə düşən vəzifələr az deyil:

“Dövlət əlbəttə ki, uşaqlar üçün daha uyğun məzmunun yaradılmasının qayğısına qalmalıdır, bunu təşviq etməlidir. Eyni zamanda uşaqların internetdən istifadəsi zamanı müəyyən məhdudiyyətlərin tətbiq edilməsini təmin eləməlidir ki, uşaqlar zərərli məzmunu əldə edə bilməsinlər. İkinci bir tərəfdən, ailələr öz uşaqlarının zərərli məzmunla tanış olması, məşğul olmasının qarşısını almaq üçün tədbirlər görməlidirlər. Yəni, uşaqlar üzərində nəzarət olmalıdır. Təbii deyil ki, uşaqları motivə edən edəcək məzmunlar onlara göstərilməlidir. Onlar ümumiyyətlə bu cür məzmunlara yönləndirilməlidir. Əlbəttə ki, belə olacağı təqdirdə müəyyən qədər problemin öhdəsindən gəlmək olar”.

O əlavə edib ki, bütün bunlarla bərabər televiziya kanallarımızın uşaqlar üçün faydalı məzmun istehsalı da paralel şəkildə aparılmalıdır:

“Məsələn, İTV-də bu işlər görülür. Yəni, uşaqlar üçün maraqlı olan cizgi filmləri, eyni zamanda ayrı-ayrı verilişlər, hətta filmlərin çəkilməsi gerçəkləşdirilir. Məsələn, son vaxtlar təkcə uşaqların deyil, hətta böyüklərin də maraqla baxdığı “Mən, Lalə, bir də Şerlok Holms” adlı uşaq serialini xüsusi qeyd edə bilərəm. Həqiqətən də o serial çox maraqla baxıldı, çox da diqqət cəlb etdi. Yəni, ən azından həftədə bir saat bazar günləri uşaqlar məhz o serialın bir filminə baxmaqla başqa platformalarda zərərli məzmundan zərər görmədilər. Yəni, bu cür örnəkləri başqa televiziya kanallarımızda artıracağı təqdirdə uşaqlar zərərli məzmundan kənarda daha çox qalacaq, daha faydalı məzmunla məşğul olacaqlar. Əlbəttə ki, bunlarla bərabər, bir də yeni yetişən nəslə kitab oxuma vərdişlərinin aşılanmasını ayrıca qeyd etməliyik. Təəssüflər olsun ki, indi biz müşahidə edirik ki, uşaqlar kitab oxumağa o qədər də meyilli deyirlər. Halbuki insanın formalaşmasında kitab oxumanın, xüsusən də bədii ədəbiyyat oxumanın müstəsna rolu var. Bunun üçün də yollar fikirləşib tapmaq lazımdır”.

Leyla Turan

Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqamətində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Aprel 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri