Icma.az
close
up
RU
Uşaqların smartfon asılılığı və sosiallaşma problemi MÜNASİBƏT BİLDİRİLDİ

Uşaqların smartfon asılılığı və sosiallaşma problemi MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Texnologiyanın inkişafından sonra bizdə bu problem daha çox yarandı. Düzdür, əvvəllər də var idi müəyyən insanlar ki, asosial idi — ictimaiyyətə qaynayıb qarışmırdı, ünsiyyəti olmurdu,başqaları ilə sosiallaşmırdı. Amma texnologiya inkişaf etdikdən və xüsusilə pandemiya dövründə dərslər onlayn rejimə keçəndən sonra istisnasız olaraq böyükdən kiçiyə bütün şagirdlərdə smartfona ehtiyac yarandı. Bax, asosiallığın həyatımıza ən çox pərçimləndiyi dövr məhz o vaxtdan başladı". Bunu sosioloq Lalə Mehralı SİA-ya açıqlamasında bildirib.

Həmçinin,uşaqlar dərsdən əlavə vaxtlarını onlayn oyunlarla doldurur və bu, onların psixologiyasına mənfi təsir göstərir: "Uşaqlar 1–2 saat dərslə məşğul olurdularsa da, yerdə qalan vaxtlarını onlayn oyunlarla doldururdular. Təbii ki, bu 'dırnaqarası faydalanma', 'dırnaqarası yararlanma' onların səhhətinə və psixologiyasına ciddi şəkildə təsir etdi. Biz əslində gözlə görünən problemi görmədiyimiz üçün elə bilirik ki, zərəri yoxdur. Amma görmədiyimiz psixoloji təsirlər var ki, onlar zamanla üzə çıxacaq — uşaqlarımızın gələcək həyatına təsir edəcək".

Lalə Mehralı əlavə edib ki, valideynlərin övladlarının smartfon istifadəsinə nəzarət etməsi çox vacibdir, lakin bəzən məcburiyyət səbəbindən uşaqlara telefon verirlər: "İstisnasız deyə bilmərik ki, bütün valideynlər övladının oyun asılılığına qarşı laqeyddir. Bəzən valideynlər məcburiyyət qarşısında qalaraq telefonu verməli olurlar və nəticədə bu asılılığa qeyri-ixtiyari nəzarət edə bilmirlər. Hazırda məktəblərdə dərslər çox vaxt smartfon üzərindən keçirilir – əvvəllər kağızda testlər edilirdisə, indi PDF şəklində olur. Ev tapşırıqları əvvəllər gündəlikdə qeyd edilirdisə, indi "WhatsApp" qruplarında paylaşılır. Əgər valideyn işdədirsə və övladına yetəri qədər zaman ayıra bilmirsə, məcburən uşağı birbaşa həmin qruplara qoşur və internet çıxışını təmin edir".

Ekspert bildirib ki, uşaqlar dərsdən əlavə məşğuliyyət olaraq onlayn oyunlar və bəzən mərc oyunlarına qoşulurlar, bu isə valideynlərin maddi problemlərinə də səbəb ola bilər:"Bu məşğuliyyətlərin başında isə onlayn oyunlar gəlir. Hətta onlardan əlavə mərc oyunlarına da qoşulurlar, üzvlük yaradırlar və bəzən valideynlərinin kartlarından pul silinməsinə səbəb olurlar. Belə hallar olub ki, uşaqlar valideynlərinin bank kartından böyük məbləğdə pulun çıxmasına səbəb olublar. Ona görə də burda həm valideyn məntiqi, həm də valideyn çarəsizliyi var".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Avqust 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri