Uşaqların yaddaşını və zehnini gücləndirən QİDALAR
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Uşaqların rasionunda zülal, omeqa-3 və vitaminlərlə zəngin qidalar olmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.
O bildirib ki, uşaqların qidalanması onların həm zehni inkişafı, həm məktəb fəaliyyətini normal davam etdirməsi, həm də yaddaşının formalaşması baxımından əhəmiyyətlidir.
Pediatrın sözlərinə görə, uşaqların rasionunda ilk növbədə zülal və protein tərkibli qidalar yer almalıdır. Səhər yeməyində yumurta, günorta isə yağsız ət məhsullarından istifadə etmək olar.
Günay Salehova bildirib ki, B qrup vitaminləri ilə zəngin paxlalılar, mərcimək, omeqa-3 tərkibli yağlı balıqlar – somon, sudak və sazan kimi balıqlar uşaqların rasionunda geniş istifadə oluna bilər. Həmçinin vitamin C ilə zəngin portağal, limon və digər meyvə-tərəvəzlər də qidalanmaya daxil edilməlidir.
O, uşaqların gün ərzində kifayət qədər maye qəbul etməsinin də vacib olduğunu vurğulayıb.
Pediatr qeyd edib ki, kifayət qədər maye qəbulu yuxarı tənəffüs yollarının qurumasının qarşısını almağa kömək edir:
“Yuxarı tənəffüs yollarında nəmliyi qoruyuruqsa, bu zaman virusla təmas olsa belə, orada inkişafını davam etdirə bilməyəcək və uşağın yoluxma ehtimalı da azalacaq”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Sentyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















