Icma.az
close
up
RU
Uşaqlarınıza bu adları qoymayın! Rəsmi qurumun rəhbəri

Uşaqlarınıza bu adları qoymayın! Rəsmi qurumun rəhbəri

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu il ölkəmizdə 3 ailə övladına "X", 1 ailə isə "D" adı qoymaq üçün müraciət edib.

NazirlərKabineti yanında Terminologiya Komissiyasından bildirilib ki, övladına "X" və "D" adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar. Hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.

Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza" ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israrla məhkəməyə müraciət edib.

Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, şəxslərə adların verilməsi qanunla tənzimlənir:

“Adların, ata adlarının və soyadların verilməsi, həmçinin onların dəyişdirilməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir.

“Qaydalar”ın 1.4-cü bəndinin tələbinə əsasən qeydiyyat şöbələrində vətəndaşlar tərəfindən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir” – deyə Ədliyyə Nazirliyinin mətbuat katibinin rəisi Ləman Hüseynzadə bildirib.
 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə saytımıza deyib ki, insanların fərqinə varmadan hansısa ada və ya şəxsə sevgisi ola bilər, amma hər şeydən əvvəl düşünməliyik ki, biz övladlarımıza ad qoyuruq, onları o adla böyüdürük və o ad onların fəaliyyətinə də, həyatına da təsir edə bilər. O, valideynləri uşaqlara hər adı verməməyə çağırıb:


"Biz gələcəyə Azərbaycan vətəndaşı hazırlayırıq, o ad səsələnəndə ondan utana, çəkinə bilər. Elə ad qoymalıyıq ki, övladlarımızı formalaşdırsın, yetişdirsin. Onlara fəxarət, qürur hissi yaşatsın. Hansı ad qoymağımızdan asılı olmayaraq təbii ki, övladımıza vətən, torpaq - bütün mənalarda sevgini aşılayırıq, onları cəmiyyətə hazırlıyırıq. Amma düşünməliyik ki, bağçada, məktəbdə, universitetdə, gələcəkdə işlədiyi sahədə artıq o ad birbaşa ona təsir edəcək. Adını eşidəndə həmin şəxslərdə müsbət emosialar da yarada bilər və ya öz adından utana da bilər".


S.Əliyeva bildirib ki, əvvəllər uşaqlara iki-üç komponentli adlar qoyulurdu, əsasən də nənə-baba adlarında buna rast gəlirdik:
"Artıq o ənənə itməlidir və həmin adlarla böyüyən övladlarımız gələcəkdə Azərbaycan cəmiyyətinə bir vətəndaş kimi xidmət edəndə öz adlarından utanmamalı, çəkinməməlidir. Özümüz də fərqinə varmadan övladlarımıza qoyduğumuz ad bir növ onların fəaliyyətini də tənzimləyir, yaşamına təsir edir. Əgər biz övladımızın gələcəyini uğur dolu görmək istəyiriksə, indidən ona qoyacağımız adı düşünməliyik.
Bəzən görürsən ki, bir neçə adın ixtisar variantını övladlarına qoyan valideynlər var, hansı ki həmin adların heç bir mənası yoxdur. Amma bu gün Azərbaycan ədəbiyyatına nəzər yetirsək görərik ki, yazıçılarımızın əsərlərində  kifayət qədər Azərbaycan, Türk mənşəli adlar var. Həmçinin xüsusi adlar lüğətindəki adlardan istifadə etmək olar".


"Bu gün cəmiyyətə inteqrasiya edən adlardan istifadə etməkdən çəkinmək lazımdır. Öz adlarımızı yaratmalıyıq, həmin adlardan istifadə etməliyik ki, Azərbaycan mənşəli adlar bu cəmiyyətdə böyüyən övladlara xeyir-uğur gətirsin”- deyə Sevinc Əliyeva ılavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:12
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see144

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see134

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see130

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see125

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see117

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see117

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see115

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see115

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see113

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see113

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see112

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see112

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri