Icma.az
close
up
RU
Uşaqlarınıza bu adları qoymayın! RƏSMİ

Uşaqlarınıza bu adları qoymayın! RƏSMİ

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il ölkəmizdə 3 ailə övladına "X", 1 ailə isə "D" adı qoymaq üçün müraciət edib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından bildirilib ki, övladına "X" və "D" adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar. Hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.

Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza" ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israrla məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, mövzu ilə bağlı Ədliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, şəxslərə adların verilməsi qanunla tənzimlənir:

"Adların, ata adlarının və soyadların verilməsi, həmçinin onların dəyişdirilməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir.

"Qaydalar”ın 1.4-cü bəndinin tələbinə əsasən qeydiyyat şöbələrində vətəndaşlar tərəfindən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir” – deyə Ədliyyə Nazirliyinin mətbuat katibinin rəisi Ləman Hüseynzadə bildirib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə saytımıza deyib ki, insanların fərqinə varmadan hansısa ada və ya şəxsə sevgisi ola bilər, amma hər şeydən əvvəl düşünməliyik ki, biz övladlarımıza ad qoyuruq, onları o adla böyüdürük və o ad onların fəaliyyətinə də, həyatına da təsir edə bilər. O, valideynləri uşaqlara hər adı verməməyə çağırıb:

"Biz gələcəyə Azərbaycan vətəndaşı hazırlayırıq, o ad səsələnəndə ondan utana, çəkinə bilər. Elə ad qoymalıyıq ki, övladlarımızı formalaşdırsın, yetişdirsin. Onlara fəxarət, qürur hissi yaşatsın. Hansı ad qoymağımızdan asılı olmayaraq təbii ki, övladımıza vətən, torpaq - bütün mənalarda sevgini aşılayırıq, onları cəmiyyətə hazırlıyırıq. Amma düşünməliyik ki, bağçada, məktəbdə, universitetdə, gələcəkdə işlədiyi sahədə artıq o ad birbaşa ona təsir edəcək. Adını eşidəndə həmin şəxslərdə müsbət emosialar da yarada bilər və ya öz adından utana da bilər".

S.Əliyeva bildirib ki, əvvəllər uşaqlara iki-üç komponentli adlar qoyulurdu, əsasən də nənə-baba adlarında buna rast gəlirdik:

"Artıq o ənənə itməlidir və həmin adlarla böyüyən övladlarımız gələcəkdə Azərbaycan cəmiyyətinə bir vətəndaş kimi xidmət edəndə öz adlarından utanmamalı, çəkinməməlidir. Özümüz də fərqinə varmadan övladlarımıza qoyduğumuz ad bir növ onların fəaliyyətini də tənzimləyir, yaşamına təsir edir. Əgər biz övladımızın gələcəyini uğur dolu görmək istəyiriksə, indidən ona qoyacağımız adı düşünməliyik.

Bəzən görürsən ki, bir neçə adın ixtisar variantını övladlarına qoyan valideynlər var, hansı ki həmin adların heç bir mənası yoxdur. Amma bu gün Azərbaycan ədəbiyyatına nəzər yetirsək görərik ki, yazıçılarımızın əsərlərində  kifayət qədər Azərbaycan, Türk mənşəli adlar var. Həmçinin xüsusi adlar lüğətindəki adlardan istifadə etmək olar".

"Bu gün cəmiyyətə inteqrasiya edən adlardan istifadə etməkdən çəkinmək lazımdır. Öz adlarımızı yaratmalıyıq, həmin adlardan istifadə etməliyik ki, Azərbaycan mənşəli adlar bu cəmiyyətdə böyüyən övladlara xeyir-uğur gətirsin”- deyə Sevinc Əliyeva ılavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see480

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see351

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see351

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see332

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see327

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see327

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see303

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see300

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see300

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see293

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see287

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see286

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see275

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see275

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see267

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see245

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see244

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see231

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see217

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri