Icma.az
close
up
RU
Uşaqlarınıza tərbiyə verməyin...

Uşaqlarınıza tərbiyə verməyin...

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

...onsuz da sizə oxşayacaqlar

Elçin Bayramlı

Uşaqların düzgün tərbiyə olunması məsələsi daim müzakirə olunur. Təəssüf ki, cəmiyyətimizdə bu sahədəki problem düzəlmək əvəzinə getdikcə pisləşir. Valideynlər indiki uşaqların çətin tərbiyə olunan olduğunu və ipə-sapa yatmadığını deyir. Bir çox psixoloqlar uşaqları qəti şəkildə cəzalandırmamağı təklif edir, digər hissəsi isə tənbeh, cəza olmadan əksər uşaqların tərbiyəyə yiyələnə bilmədiyini deyir. Bəs reallıq necədir? Əvvəlcədən deyim ki, burada qızıl orta tapılmalıdır.

Uşaqları döymək, fiziki cəza vermək, qeyri-sağlam tərbiyə metodudur. Ümumiyyətlə, tərbiyə metodu deyil. Yəni bu əvvəldən tərbiyə verilməməsinin açıq göstəricisidir. Uşaq tərbiyəsi anadan olan kimi başlayır. Valideyn onu normal psixologiyada, normal tərbiyə sistemində böyütməlidir, hər şeyi izah edib, başa salmalıdır ki, sonradan fiziki təzyiqə ehtiyac qalmasın. Ərköyün böyüdülən, nazı iklə çox oynanan uşaqlar sonradan böyük problemə çevrilir.

Çox təəssif ki, son dövrlərdə uşaqları ərköyün böyüdürük. Nə istəsə o saat təşkil edib alırıq və bir dəfə də bunu etməyəndə artıq uşaqda isterika yaranır, ciddi müqavimət göstərir, ağlayır, müxtəlif oyunlar çıxarır. Artıq bundan sonra valideynin onu düzəltmək üçün imkanı qalmır, əl atır fiziki təzyiq göstərməyə. Ona görə də, sistem əvvəlcədən düzgün qurulmalıdır. Bir çox ölkələrdə buna görə uşaqlara fiziki və ya psixoloji zərərə vuran valideynlər cəzalandırılır, hətta, bəzi ölkələrdə uşaq valideyndən alınır, dövlət himayəsinə götürülür, internat məktəblərinə yerləşdirilir.

Artıq belə çıxır ki, bizdə də bununla bağlı xüsusi bir qərara və qanuna ehtiyac olacaq ki, valideynlərin məsuliyyəti artsın. Vaxtında ərköyün böyüdülən, tərbiyə verilməyən uşaqlar böyüyəndə cəmiyyət üçün çox ciddi problemlər yaradır. Onlar psixologiyası pozulmuş, aqressiv, narsist və eqoist uşaqlar olur. Gələcəkdə cinayətkarlığa meyilli olur, başqalarına qarşı fiziki təzyiqə meyilli olur, öz ailəsinə də, dostlarına da belə davranır ümumiyyətlə yekun nəticədə bütün cəmiyyətə zərər vurur. Bu baxımdan, valideynlər bu məsələlərdə diqqətli olmalıdırlar.

Uşaq düzgün tərbiyə olunmalıdır, uşaq ailənin mərkəzinə qoyulmamalıdır ki, ağzından nə çıxdı o saat alınsın, hazır olsun ki, sabah da birini etməyəndə uşaq belə oyunlar çıxartsın, valideyn də onu vurmağa məcbur olsun. Yəni bu artıq vaxtında görülməyən tədbirlərin, vaxtında yerinə yetirilməyən borcların hazır nəticəsidir. Bundan sonra bunu heç cür düzəltmək olmur. Ona görə normal qaydada izah olunmalıdır vəziyyət, başa salınmalıdır, nəyə görə bu qadağan olunur və yaxud nəyə görə bu ona alınmır? Normal qaydada uşaq əvvəldən nə formada tərbiyə olunursa o formada da davam edir. Yəni problem sırf valideynlərin məsuliyyətsizliyindən savadsızlığından, uşaq psixologiyasından heç bir məlumatı olmamasından bağlıdır.

Deməli, məsələyə çox sadə yanaşmaq lazımdır. Uşaqlar tam olaraq eqoist də böyüdülməməlidir eyni zamanda fiziki olaraq zərər vurmamaq lazımdır. Bunların ortasında elə bir qızıl orta tapılmalıdır ki, vaxtında görülən tədbirlər nəticəsində heç buna ehtiyac yaranmasın. Uşaq sağlam, düzgün mühitdə, tərbiyəvi mühitdə böyüsün və belə hallar yaranmasın. Sonradan yaranan problemlərin nəticəsi ilə uğraşmaqdansa, əvvəldən bu məsələni düzgün həll etmək lazımdır. Əvvəllər belə yanaşılırdı, son dövrlərdə həddindən artıq ərköyün uşaqlar böyüdülür. Bu isə bütün ailə üçün də, cəmiyyət üçün də, uşağın özünün psixologiyası üçün də çox ciddi problemdir və burada yeganə günahkar valideynlərdir- uşaqlara düzgün tərbiyə verməməkdə.

Normal valideyn uşağı uşaqlıqdan zəhmətə öyrəşdirməlidir, ona hər ağzından çıxanın anında hazır olmayacağını izah etməlidir, bəzi şeylərin zərərli olduğuna görə onun alınmayacağını başaa salmalıdır, neqativ hərəkətlər etməyin yolverilməz olduğunu deməlidir. Ən əsas uşağını düzgün tərbiyə etmək istəyən valideyn özü bunu öz nümunəsində göstərməlidir. Məşhur bir söz var- uşaqlarınıza tərbiyə verməyin, onsuz da sizə oxşayacaqlar. Bu sözlərdə həqiqət var və əslində deyilmir ki, uşağa tərbiyə verməyin. Deyirir ki, özünüz normal deyilsinizsə, uşağa tərbiyə verə bilməyəcəksiniz və o da sizə oxşayacaq. Bu gün ortadakı uşaqlar bizim inikamızdır, bizim əsərimizdir, bizim güzgümüzdür. Biz necəyiksə, uşaqlar da elə formalaşacaq. Əgər uşağımızın sağlam fərd kimi yetişməsini istəyiriksə, əvvəl özümüz sağlam olmalıyıq. Bunun başqa yolu yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri