Icma.az
close
up
RU
Uşaqlığın enməsinin FƏSADLARI və MÜALİCƏSİ

Uşaqlığın enməsinin FƏSADLARI və MÜALİCƏSİ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Doğuş zamanı fiziki gərginlik, ağırlıq qaldırma, toxumaların yaşla bağlı yaşlanması zəifləməyə və əzələ gərginliyinə səbəb olur.

Bu, uşaqlığın yerdəyişməsinə, onun prolapsına səbəb olur. Yaşlı qadınlarda bu problemə xüsusilə tez-tez rast gəlinir. Bəzən nəticələr o qədər ağır olur ki, əməliyyata müraciət etməlisən. Xəstənin vəziyyəti imkan verirsə, daha yumşaq müalicə üsullarından istifadə olunur.

Uşaqlığın enməsi qarnın aşağısında və uşaqlıq yolunda təzyiq, diskomfort hissi, dartıcı ağrılar, sidik ifrazının pozulması (çətinləşməsi, tezləşməsi, sidik saxlamazlıq), patoloji ifrazatla təzahür edir. Uşaqlığın hissəvi və ya tam sallanması ilə ağırlaşa bilər. Diaqnoz ginekoloji baxış əsasında qoyulur.

Uşaqlığın enmə dərəcəsindən asılı olaraq, müalicə konservativ və ya cərrahi yolla icra edilir. Uşaqlığın enməsi kiçik çanaq orqanlarının yerdəyişməsinin tədricən proqressivləşməsi ilə xarakterizə olunur.

İlkin mərhələlərdə uşaqlığın enməsi qarnın aşağı hissəsi, oma və bel nahiyəsində təzyiq hissi, dartıcı ağrılarla, uşaqlıq yolunda yad cisim hissi, dispareuniya (ağrılı cinsi akt), uşaqlıq yolundan axan selikli və ya qanlı ifrazatla təzahür edir.

Uşaqlığın enməsi və sallanması ginekoloji müayinə zamanı aşkar oluna bilər. Uşaqlığın enməsinin dərəcəsini təyin etmək üçün həkim xəstədən güc verməsini xahiş edir, bu zaman vaginal və rektal müayinədə uşaqlıq yolu divarlarının, sidik kisəsi və düz bağırsağın yerdəyişməsi müəyyən edilir.

Cinsiyyət orqanlarının yerdəyişməsi aşkarlanan qadınlar dispanser qeydiyyatına alınır. Uşaqlığın belə patologiyası olan qadınlarda mütləq kolposkopiya aparılmalıdır.

Uşaqlığın enməsi və sallanmasının daha effektiv radikal müalicə üsulu cərrahi əməliyyatlar hesab olunur. Konservativ terapiyanın qeyri-effektivliyi və orqanın əhəmiyyətli dərəcədə yerdəyişməsi cərrahi müalicəyə göstəriş hesab olunur. Müasir cərrahi ginekologiyada uşaqlığın enməsi və sallanması zamanı müxtəlif növ cərrahi əməliyyatlar icra edilir. (milli.az)

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri