Icma.az
close
up
RU
Kifoz nədir? Onurğa əyriliyinin FƏSADLARI və MÜALİCƏSİ

Kifoz nədir? Onurğa əyriliyinin FƏSADLARI və MÜALİCƏSİ

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kifoz anteroposterior (ön-arxa) istiqamətində onurğanın həm patoloji, həm də fizioloji əyriliyini göstərir.

Fizioloji kifoz, torakal bel bölgəsindəki bütün insanlarda təyin olunur. Bükülmə bucağının 45 və daha çox dərəcə olduğu hallarda patologiyadan danışmaq olar. Kifoz həm ayrı-ayrılıqda, həm də skolyozla birlikdə müşahidə edilə bilər. Patoloji kifozun ən çox yayılmış səbəbi vertebral sınıqdır.

Kifozun növləri:

Anadangəlmə kifoz (k. Congenita) – fəqərələrin ön cismindəki inkişaf zamanı anomaliya səbəbindən yaranan kifoz.

Genotipik kifoz (k. Genotypica) - bir neçə nəsildə eyni forma ilə görünən irsi kifoz.

Sıxılmış kifoz (k. Compressiva) - bir və ya daha çox fəqərə boylarının azalması ilə sıxılma səbəbindən yaranan kifoz.

Mobil kifoz (k. Mobilis) – çiyin-bel əzələlərin zəifliyi və yanlış bədən mövqeyi səbəbiylə yaranmış kifoz.

Raxitik kifoz (k. Rhachitica) - raxit xəstəliyi olan uşaqlarda daha çox görünür. Zəif əzələ və sümüklərin nəticəsində yaranır.

Yaşlı kifoz (k. Senilis) - yaşlı insanlarda torakal belin kifozu, intervertebral disklərin və vertebral orqanların toxumalarında yaşla bağlı degenerativ-distrofik dəyişikliklər və beldəki əzələlərin zəifləməsi səbəbindən yaranır.

Total kifoz (k. Totalis) - bütün onurğa qövsünün kifozu; bəzi patoloji proseslərdə (məsələn, ankilozan spondilit ilə) müşahidə olunur.

Fizioloji kifoz (k. Physiologica) - bel bölgəsinin normal inkişafı zamanı əmələ gələn torakal bölgənin (7 yaşa qədər) və sakral bölgənin (yetkinlik yaşına qədər) mülayim kifozu.

Kifozun əsas formalarından biri 14-16 yaşlı yeniyetmələrdə meydana çıxan kifotik onurğa deformasiyası olan Scheuermann-Mau xəstəliyidir.

Yaranma səbəbləri

Xəstəliyin inkişafı bir çox səbəbə görə özünü büruzə verir:

- doğum öncəsi patoloji;

- yaralanmaların və cərrahi müdaxilələrin nəticəsi;

- onurğanın patoloji sıxılma nəticəsində meydana çıxmış sınığı səbəbindən;

- yanlış duruş və ya psixoloji stressin yaranması nəticəsi;

- irsiyyət;

- əzələ iflici (serebral iflici, poliomielit) nəticəsində;

- disk yırtıqlarının və sinir köklərinin sıxılmasının nəticələri;

- vertebral disklərdəki neoplazmalar.

Kifoz masa arxasında uzun müddət işləyən, ayaq üstə dayanan və ya əyilərək işləmək məcburiyyətində olanlarda, habelə revmatizmadan əziyyət çəkən insanlarda, orta yaşdan yuxarı insanlarda və osteoporozlu yaşlılarda daha çox rast gəlinir.

Kifoz xəstələrində ağrı birdən və ya yavaşca arxa bölgədə meydana gələ bilər. Kifozla əlaqəli ağrı   gündən günə həyatınızı çətinləşdirə bilər, paltarınızı geyinmək və yatmaqda çətinlik çəkə bilərsiniz. Ağrı  donqarlığın ən çox olduğu bölgədə olur. Kəskinləşmiş təngnəfəslikdən sonra onurğa beyini təzyiq altındadırsa, ayaqlarda zəiflik yarana bilər. Kifoz estetik görünüşün pozmasından əlavə ağciyər və ürək xəstəliklərinə də yol açır.

Kifoz zamanı Fizioterapiya və Reabilitasiya

Kifozun müalicəsində mütləq olaraq intensiv şəkildə müalicəvi idman tövsiyyə olunur. Bununla yanaşı əzələlərin passiv stimulyasiyası üçün miostimulyasiya, ağrıları aradan qaldırmaq üçün ultrasəs terapiyası və magnitoterapiya tətbiq olunur.

Məqalə Bakı Bərpa Mərkəzi tərəfindən təqdim olunb

http://berpamerkezi.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:320
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri