Uşaqlıq arzusu Bakıda gerçəkləşən “Barselona”lıdan emosional paylaşım
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Barselona”nın futbolçusu Aleks Kampos UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Sabah”la keçirilən oyunda (4:1) əsas komandada debüt etməsi ilə bağlı təəssüratlarını bölüşüb.
QOL.az xəbər verir ki, kataloniyalıların 18 yaşlı müdafiəçisi instaqram hesabında emosional paylaşım edib:
“Elə günlər var ki, uşaqlıqdan onları yaşamağı arzulayırsan. Həmin günlər nəhayət gəlib çatanda isə hisslərini ifadə etmək üçün söz tapmaq çətin olur.
Dünən (25 noyabr - QOL.az) bu arzularımdan birini gerçəkləşdirmək şərəfinə nail oldum – Çempionlar Liqasında “Barselona”nın əsas komandasında debüt etdim.
Ailəmə, komanda yoldaşlarıma, məşqçilərimə, bu yolun bir parçası olan və bugünkü səviyyəyə çatmağıma kömək edən hər kəsə təşəkkür edirəm.
İndi belə anları yenidən yaşamaq üçün daha çox imkan qazanmaq naminə səylə çalışmağa davam etməyin vaxtıdır. Həmişə təvazökarlıq və fədakarlıqla. Yaşasın “Barselona”!”
Qeyd edək ki, Hansi Flikin komandasının müdafiə xəttindəki zədələr səbəbindən son bir neçə oyunda əsas heyətə cəlb olunan Kampos Bakıdakı qarşılaşmanın son 25 dəqiqəsinə yaxın hissəsində meydanda olub.
Baxış sayı:52
Bu xəbər 28 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















