Icma.az
close
up
RU
Uşaqlıqdan proqramlaşdırma: Azərbaycandakı uşaqlar gələcəyin rəqəmsal dilini necə mənimsəyirlər

Uşaqlıqdan proqramlaşdırma: Azərbaycandakı uşaqlar gələcəyin rəqəmsal dilini necə mənimsəyirlər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Kaspersky və “SupermaM” qrupunun birgə sorğusunun nəticələri

Azərbaycan və digər ölkələrdən olan anaları birləşdirən “SupermaM” Facebook qrupu uşaqların proqramlaşdırmanı hansı yaşda öyrənməyə başladığını və əldə etdikləri bilikləri necə tətbiq etdiklərini öyrənmək qərarına gəlib. Üç yüzə yaxın ananın cavablarına görə, uşaqlar proqramlaşdırmaya getdikcə daha erkən yaşdan maraq göstərməyə başlayırlar.

Sorğuda iştirak edən valideynlərin üçdə biri (28%) övladlarının proqramlaşdırmanı 10 yaşından əvvəl öyrənməyə başladığını bildirib. Ailələrin 16%-də bu istiqamətdə təhsilə 10-12 yaş arası, yalnız 4%-i isə proqramlaşdırma ilə 16 yaşda məşğul olmağa başlayıblar.

Sorğunun nəticələrinə əsasən, uşaqların 16%-i hələ oxumağa başlamasa da, artıq bu sahəyə maraq göstərirlər, 10%-i isə məktəb proqramları çərçivəsində proqramlaşdırma üzrə təhsil alırlar.

Respondentlərin 4%-nin övladları artıq biliklərini praktikada tətbiq edir və məktəb layihələrində və olimpiadalarda iştirak edirlər, uşaqların 2%-i isə öz dizayn və prototiplərini yaradırlar.

"Getdikcə daha çox valideynin övladlarının rəqəmsal bacarıqlarının inkişafına diqqət yetirdiyini görmək olduqca müsbət haldır. Proqramlaşdırma məntiqi, müstəqilliyi inkişaf etdirir və yeni üfüqlər açır. Bu cür sorğular ailələrin ehtiyaclarını daha yaxşı anlamağa və inkişaflarını dəstəkləməyə kömək edir", - deyə “SupermaM”  qrupunun administratoru Sofi Tsirqvava qeyd edir.

"Sorğumuz müasir təhsilin bir hissəsi kimi kodlaşdırmanın artan rolunu vurğulayır və valideynlərə övladlarının rəqəmsal dünyadakı gələcəyi barədə düşünməyə əsas verir. Kiçik yaşlarından proqramlaşdırmanı öyrənən uşaqlar təkcə texniki biliklərə deyil, həm də tənqidi düşünmək, komandada işləmək və yaradıcılıq bacarıqlarına yiyələnirlər", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Aprel 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri