Icma.az
close
up
RU
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü ilə bağlı mərasimdə iştirak edib

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü ilə bağlı mərasimdə iştirak edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vatikan, 30 oktyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin 60-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Vatikanın VI Pavel zalında baş tutan “Ümid üçün birgə addımlamaq” adlı tədbirdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Xristian Birliyinin Təşviqi üzrə Dikasteriyanın prefekti kardinal Kurt Kox salamlama nitqi ilə çıxış ediblər.

Daha sonra Roma Papası XIV Leo çıxış edərək son illərdə Katolik Kilsəsi ilə digər dinlər, o cümlədən İslam dini arasında dərin və davamlı əlaqələrin qurulduğunu deyib, bu dialoqun təşviqi üçün çalışan hər kəsə təşəkkür edib. 2019-cu ildə Əbu-Dabidə mərhum Papa Fransisk və Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibin imzaladığı İnsan qardaşlığına dair tarixi sənədin əhəmiyyəti qeyd olunub.

Pontifik insanları zorakılığı və ədalətsizliyi pisləməyə, bölünmələrə qarşı çıxmağa və sülhü təbliğ etməyə səsləyib.

Təxminən iki minədək insanın qatıldığı tədbirdə müxtəlif ölkələrin dini liderləri və Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Nostra Aetate” Roma Katolik Kilsəsinin qeyri-xristian dinləri ilə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see226

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see179

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see170

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see137

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see130

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see130

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see129

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri