Icma.az
close
up
RU
Uşaqlıqdan gəncliyə keçidin ağrılı yolu

Uşaqlıqdan gəncliyə keçidin ağrılı yolu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Övladlarımızı yeniyetmə çılğınlığından necə qoruyaq?

Yeniyetməlik dövrü insan həyatının ən çətin və mürəkkəb mərhələlərindən biridir. Bu dönəmdə yaranan problemlər konfliktlərə, hətta valideynlə uşaq arasındakı münasibətlərin korlanmasına gətirib çıxarır. Əslində bu ziddiyyət hər zaman olub. Lakin müasir dövrdə daha kəskin şəkildə özünü göstərir.

Bu duruma təsir edən amillər içərisində müasir texnologiyaları, interneti xüsusi qeyd etmək lazımdır. Çünki yeniyetmələrin internetdə hədsiz vaxt keçirmələri həm onlarda qıcıq yaradır, həm də dərslərdən yayınmalarına səbəb olur. Bütün bunlar isə yeniyetmə ilə ailəsi arasında müəyyən soyuqluğa yol açır. Bəs valideynlər bu dönəmdə nələrə diqqət etməlidirlər?

Bu mövzuda XQ-yə açıqlama verən Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman psixoloq Narınc Rüstəmova bildirdi:

– Yeniyetməlik çağı istər psixoloji, istərsə də fizioloji baxımdan uşaqlıq dövründən olduqca fərqlənir. Bu dönəmdə baş verən psixoloji dəyişikliklər–güclü emosiyalar, özünütanıma ehtiyacı, sosial təsirlərə həssaslıq yeniyetmələrin davranış və qərarvermə prosesinə birbaşa təsir edir.Bəzi yeniyetmələrin fizioloji dəyişikliyi ilə bağlı gərginlik, kompleks yaşadıqlarını və bunu paylaşa bilmədiklərini müşahidə edirik. Ona görə də bir çox yeniyetmələr bu dövrü normal keçirə bilmir, böhranlar yaşayır və ailəsi ilə konfliktləri olur. Bu, çox zaman onların davranışında, ünsiyyət qurmasında və təhsil həyatında özünü göstərir. Burada valideyn yanaşması önəmlidir.

Əlbəttə, hər bir valideyn bu çətin dönəmdə övladına kömək etmək istəsə də bəzən bunun öhdəsindən gələ bilmir. Bəziləri övladına nəsihət vermək əvəzinə danlayır, xüsusi cəzalar tətbiq edir. Lakin yeniyetməlik dövründə hədsiz qadağalar və cəzalar verilməsi doğru deyil. Çünki yeniyetmələrin əksəriyyəti bunu şəxsiyyətinə hörmətsizlik kimi başa düşür, özlərini alçalmış hiss edirlər. Belə yanaşmalar valideyn-uşaq münasibətində uçurum yarada bilər.

Yaxşı olar ki, valideyn övladına uşaq kimi deyil, yeniyetmə kimi yanaşıb empatiya qursun. Bundan əlavə, valideyn və uşağın film, musiqi, geyim və s. zövqləri eyni olmaya bilər. Bu zaman valideyn övladının seçimlərinə hörmətlə yanaşmalı, onu öz istəklərinə uyğun davranması üçün zorlamamalıdır. Çox zaman valideynlər uşaqları ilə düzgün ünsiyyət qura bilmir, qeyd etdiyim kimi, çarəni danlamaqda və ya cəzalandırmaqda görürlər. Lakin onlar övladlarının nə istədiyini və düşüncələrini anlamağa çalışmalı, təmkinli, səbirli olmalıdırlar.

Övladlarının sərt hərəkətlərinə şiddətlə və əsəbi cavab vermək doğru yanaşma üsulu deyil. Uşaqları ilə dost olmağı bacarmalıdılar. Yəni valideynlər elə bir mühit yaratmalıdırlar ki, yeniyetmə yaşamış olduğu istər yaxşı, istərsə də pis şeyləri onlarla paylaşa bilsin.

Yeniyetməlik dövrünün 3 əsas xüsusiyyətlə özünü göstərdiyini qeyd edən psixoloq dedi:

– Əvvəla tənhalıq hissi, ikincisi öz yaşıdları ilə münasibətdə olmaq arzusu, üçüncüsü sosial status qazanmaq arzusu. Bu dönəmdə böyüklərlə zaman keçirmək onlar üçün əvvəlki kimi maraqlı olmur. Əksinə, daha çox çevrələrində olan həmyaşıdlarına maraq göstərirlər. Belə olan halda valideynlər israrla onları dostlarından ayırdıqda və ya evdə zaman keçirmələrini tələb etdikdə uşaqlarda ailələrinə qarşı aqressiya yaranır. Çılğınlıq yeniyetməlik dövründə çox şiddətli hal ala bilər. Hətta uşaqlar valideynlərinə, həm psixoloji, həm də fiziki şiddət göstərə bilərlər.

Eyni zamanda, bəzi yeniyetmələr nəinki valideynlərinə, hətta özlərinə də zərər yetirirlər. Bəziləri isə müəyyən müddət tənhalıq hissinə qapılırlar. Bu problem çox zaman böyüklərlə münasibətlərdə yaranır. Digər bir məsələ isə sosial status qazanmaqdır. Belə ki, hər bir yeniyetmənin əsas məqsədi çevrəsində, təhsil aldığı məktəbdə və ya sinifdə müəyyən sosial statusa sahib olmaqdır. Məsələn, biri sinfin ən yaxşı oxuyanı, digəri ən gözəli və s. olmaq istəyir.

Narınc Rüstəmova daha sonra söylədi:

– Ümumiyyətlə, yeniyetməlikdə 14-16 yaş arası dövr “böhran dönəmi” hesab olunur. Başqa sözlə desək, bu yaş dönəmi kritik yaş dövrü sayılır. Belə ki, cinayət hadisələri, özünəqəsd, intihar halları məhz bu dönəmdə daha çox baş verir. Bu da xüsusilə özünəqapanma, ünsiyyətdən qaçma, tənhalıq halları, sosial fobiya fonunda özünü göstərir. Belə hallar daha çox çəkingən, özgüvəni aşağı, düşdüyü mühitə adaptasiya olmaqda çətinlik çəkən uşaqlarda müşahidə olunur. Bəzən bu vəziyyət, depressiv hallar o həddə çatır ki, yeniyetmə ümumiyyətlə, otağından çıxmaq, ailə üzvləri ilə danışmaq istəmir.

Əgər yeniyetmənin özünəqapanma halları varsa, zamanında tədbir görmək lazımdır. Valideyn bu problemin həllində özünü yetərsiz görürsə, bir çox cəhdlərə baxmayaraq, heç bir nəticə əldə edə bilmirsə, mütləq psixoloji dəstək alınmalıdır. Çünki, problemli yeniyetməlik gələcəyin problemli ailəsi deməkdir. Belə ki, bir müddət sonra valideyn və övladla yanaşı, ər-arvad arasında da münasibətlər gərginləşməyə başlayır.

Psixoloji dəstəklə bu problemlər öz həllini tapa, yeniyetmə dərsə köklənə, istər davranış, istərsə də ünsiyyəti düzələ bilər. Ona görə də valideynlər belə problemlərə biganə yanaşmamalıdırlar. Əks təqdirdə, problem böyüyərək zaman keçdikdə daha ağır fəsadlara yol açar. Unutmayaq ki, sağlam psixoloji inkişaf gələcəkdə balanslı və etibarlı bir fərdin formalaşmasının əsas şərtidir.

Elenora HƏSƏNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri