Icma.az
close
up
RU
USCAN: ABŞdəki seçkilərin nəticələri iqlim siyasətinə necə təsir göstərir COP29 çərçivəsində keçirilən mətbuat konfransı

USCAN: ABŞdəki seçkilərin nəticələri iqlim siyasətinə necə təsir göstərir COP29 çərçivəsində keçirilən mətbuat konfransı

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29 çərçivəsində "USCAN: Oyun qaydalarının dəyişməsi: ABŞ-dəki seçkilərin nəticələri iqlim böhranında dönüş nöqtəsini necə göstərir" mövzusunda mətbuat konfransı keçirilib.
Demokrat.az xəbər verir ki, mətbuat konfransında “ActionAid USA”nın baş siyasi analitiki Kelli Stoun, İqlim və Enerji Siyasəti üzrə alimlər İttifaqının direktor müavini Reyçel Kletus, “Oxfam America”nın siyasət və proqramlar üzrə baş məsləhətçisi Eşli Tomas və “Çirikaua Apaçi”nin nümayəndəsi Şila Bearfut (Sheelah Bearfoot) çıxış ediblər.
Ekspertlər ABŞ prezident seçkilərinin mümkün nəticələri və onların iqlim siyasətinə təsiri barədə narahatlıqlarını ifadə etdilər. Onlar vurğulayıblar ki, Donald Trampın seçilməsi ölkədə qalıq yanacaq istehsalının artmasına səbəb ola bilər ki, bu da iqlim hədəflərinə çatmaq üçün edilən səyləri zəiflədir.
Bununla belə, qeyd olunub ki, hazırda Co Baydenin administrasiyası hakimiyyətdə qalır və COP29-da gözləntilər ABŞ-nin liderlik nümayiş etdirməsi, məsuliyyət götürməsi və danışıqlar zamanı ambisiyalı nəticələrin əldə edilməsinə kömək etməsidir.
Konfransda müzakirə edilən əsas mövzulardan birinin iqlim maliyyə yardımı olduğu vurğulanıb — xüsusən aşağı gəlirli ölkələr üçün təmiz enerjiyə keçidin sürətləndirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma və itki və zərərin ədalətli şəkildə idarə edilməsi üçün bu yardımların vacib olduğu qeyd olunub.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri