Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Usman Dembele ilin “Ən yaxşısı”oldu

Usman Dembele ilin “Ən yaxşısı”oldu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəs bu sorğuda Azərbaycan təmsilçisi və Messi kimləri seçib?

FIFA Qətərin paytaxtı Dohada keçirilən toplantıda Dünya futbolunun ən yaxşılarını mükafatlandırıb. Fransa millisi və “Pari Sen-Jermen”in hücumçusu Usman Dembele 2025-ci ilin ən yaxşı oyunçusu nominasiyasında “The Best” mükafatına layiq görülüb.

Milli komandaların kapitan və baş məşqçiləri, həmçinin media nümayəndələri və azarkeşlərin qatıldığı sorğuda Azərbaycanı təmsil edən ekspert Rasim Mövsümov nəticələrlə bağlı fikirlərini XQ ilə bölüşüb:

“Sentyabrda “Qızıl top”u qazanan Dembelenin FIFA tərəfindən də dünyanın ən yaxşı futbolçusu seçiləcəyi gözlənilən idi. Bu sorğuda da respondentlər tərəfindən oyunçuların 2024-cü ilin avqustundan 2025-ci ilin avqustunadək olan çıxışı qiymətləndirilib.

28 yaşlı Dembelenin “Pari Sen-Jermen” ilə Çempionlar Liqasını qazanması və onun UEFA tərəfindən turnirin ən dəyərli oyunçusu seçilməsi, həmçinin mövsüm ərzində bütün yarışlarda 35 qol vurması nüfuzlu mükafata layiq görülməsi ilə nəticələnib.

Qeyd edim ki, o, həmçinin Fransa millisinin də üzvüdür və bu komandanın heyətində 2018-ci ildə dünya çempionu olub (4 matçda oynayıb). Klub karyerasının əvvəlində “Renn” və Dortmund “Borussiya”sında çıxış edib, sonra 6 mövsüm “Barselona”nın şərəfini qoruyub, lakin orada ümidləri doğrultmayıb və ən yaxşı halda 2018/19 mövsümündə ümumilikdə 14 qol vurub. 2023-cü ildən isə “Pari Sen-Jermen”in formasını geyinir”.

“The Best”in yekun üçlüyündə, həmçinin, “Barselonalı” Lamin Yamal və “Real Madrid”li Kilian Mbappenin də yer aldığını deyən R.Mövsümov öz anketində sıra ilə Dembele, Yamal və “Pari Sen-Jermen”in digər üzvü Aşraf Hakiminin adlarını yazdığını bildirdi: “Yeri gəlmişkən, İtaliya millisinin kapitanı Canluici Donnarumma da bu oyunçuları seçib, amma cüzi fərqlə: onun sıralamasında ikinci və üçüncü mövqedəki futbolçuların yeri dəyişib.

Sorğuya Mərakeş millisinin kapitanı kimi qatılan Hakiminin özü isə Mbappe, Dembele və Rafinyaya səs verib. Dünya çempionu Argentina komandasının kapitanı, əfsanəvi Lionel Messinin seçimi isə belə olub: Dembele, Mbappe və Yamal.

Digər laureatlara gəlincə, səs verdiyim ispaniyalı Luis Enrike ən yaxşı məşqçi, italiyalı Canluici Donnarumma ən yaxşı qapıçı, qadın futbolunda isə ispaniyalı Aytana Bonmati ən yaxşı futbolçu (ardıcıl 3-cü dəfə!), niderlandlı Sarina Vieqman ən yaxşı məşqçi və ingiltərəli Anna Hempton ən yaxşı qapıçı seçiliblər. Luis Enrikenin daha əvvəl - 2015-ci ildə də FIFA tərəfindən ən yaxşı məşqçi seçildiyini, Vieqmanın isə 5-ci dəfə bu şərəfə layiq görüldüyünü qeyd etmək istərdim”.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri