“USS Abraham Lincoln”da vəziyyət GƏRGİNDİR: KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper uzunmüddətli xidmətdən sonra Yaxın Şərqdən qayıdan “USS Abraham Lincoln” aviadaşıyıcısına baş çəkib.
KONKRET.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
Səfər ekipajın xidmət şəraiti ilə bağlı şikayətləri fonunda baş tutub. Aviadaşıyıcı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri regionda olub və bu müddət ərzində limanlara daxil olmayıb. Dənizçilər təzə ərzaq və şəxsi gigiyena vasitələrinin çatışmazlığı, su təminatında problemlər, eləcə də bəzi ekipaj üzvlərinin psixoloji vəziyyətinin pisləşməsi barədə məlumat veriblər.
“Navy Times” və “Stars and Stripes” nəşrləri xəbər veriblər ki, uzanan ezamiyyət və xidmət şəraitinin pisləşməsi fonunda “USS Abraham Lincoln” aviadaşıyıcısında dənizçilər arasında bir neçə intihara cəhd faktı qeydə alınıb. Pentaqon rəhbəri Pit Heqset isə öz növbəsində gəmidəki pis şəraitlə bağlı iddialarla razılaşmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 16 Avqust 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















