Icma.az
close
up
RU
USS Gerald R. Ford : Dünyanın ən böyük aviadaşıyıcısı haqqında nələri bilmək lazımdır?

USS Gerald R. Ford : Dünyanın ən böyük aviadaşıyıcısı haqqında nələri bilmək lazımdır?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu günə olan məlumata görə, ABŞ-ın "USS Gerald R. Ford” (CVN-78) gəmisi dünyanın ən böyük aviadaşıyıcısı hesab olunur. Gəminin uzunluğu təxminən 335 metrdir, çəkisi isə 100 min tondan çoxdur.

Qaynarinfo xəbər verir ki, "Slash Gear” resursunun yazdığına görə, bu aviadaşıyıcı eyni vaxtda 75-dən çox təyyarə daşıya bilir. Bildirilir ki, gəmidə müxtəlif modellər mövcuddur, o cümlədən iki nəfərlik "F/A-18F Super Hornet” qırıcılarından ibarət bir eskadrilya və birnəfərlik "F/A-18E Super Hornet” qırıcılarından ibarət üç eskadrilya yerləşdirilir.

Hazırda "USS Gerald R. Ford” beşinci nəsil "F-35C” qırıcılarını tam şəkildə istismar edə bilmir. Lakin gəminin bu müasir təyyarələrin texnoloji və kəşfiyyat tələblərinə uyğunlaşdırılması üçün modernləşdirilməsi planlaşdırılır.

"USS Gerald R. Ford” bu tipdə olan ilk və yeganə fəaliyyətdə olan aviadaşıyıcıdır. Bununla yanaşı, "Ford” sinfinə aid digər aviadaşıyıcıların – "USS Enterprise” və "USS John F. Kennedy” gəmilərinin tikintisi davam etdirilir.

"Ford” aviadaşıyıcısının istehsalçısı olan "Huntington Ingalls” şirkəti proqnozlaşdırır ki, bu gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinə 4 milyard dollara qədər vəsaitə qənaət etməyə imkan verəcək. "Ford” sinfi aviadaşıyıcılar gələcəkdə 2026-cı ildən etibarən istismardan çıxarılmağa başlanacaq "Nimitz” sinfi aviadaşıyıcıları dəstəkləmək və son nəticədə onları əvəz etmək üçün hazırlanıb.

"Nimitz” sinfinə aid köhnə aviadaşıyıcılar təyyarələrin buraxılması üçün buxar katapultlarından istifadə edirdi. Lakin "Westinghouse A4W” buxar reaktoru gəminin daxilində çox yer tutur və bir sıra çatışmazlıqlara malik idi. Məhz buna görə "USS Gerald R. Ford” gəmisindəki ən mühüm yenilik elektromaqnit təyyarə buraxılış sistemi – EMALS hesab olunur.

Mənbənin yazdığına görə, EMALS gəminin enerji mənbələrində toplanan enerjidən istifadə edərək onu enerji çevirmə alt sistemi vasitəsilə tənzimlənən tezliyə çevirir. Bu nəzarət olunan enerji daha sonra xətti induksiya sistemi (LIM) vasitəsilə elektromaqnit qüvvələri yaradır və təyyarəyə bərkidilmiş mexanizmi hərəkətə gətirərək onu uçuş zolağı boyunca irəli atır.

Bundan əlavə, sistem gəminin mühərrik gücünə də təsir göstərə bilir və onu daha geniş təyyarə diapazonuna uyğunlaşdırır. Bu isə əməliyyatların daha çevik aparılmasına imkan yaradır. Texniki xidmət tələblərinin az olması EMALS sisteminin xərclərini də aşağı salır.

Bu sinfin ilk aviadaşıyıcısında digər mühüm yenilik "Advanced Arresting Gear” (AAG) sistemidir. Bu sistem aviadaşıyıcının göyərtəsinə enən təyyarələrin tutulması və yavaşladılması üçün istifadə olunur.

Ənənəvi hidravlik əyləc mexanizmlərindən fərqli olaraq, AAG elektromexaniki enerji udulmasından istifadə edir. Bu isə aviadaşıyıcıya həm ağır zərbə təyyarələrini, həm də yüngül pilotsuz uçuş aparatlarını daha hamar və nəzarətli şəkildə qəbul etməyə imkan verir.

Bundan başqa, "Advanced Weapons Elevators” (AWE) sistemi də mühüm texnoloji yeniliklərdən biridir. Aviadaşıyıcı 11 ədəd silah liftinə malikdir. Bu liftlər köhnə hidravlik sistemlər əvəzinə elektromaqnit və motor sistemləri ilə işləyir və bombaların, raketlərin və digər silahların anbarlardan uçuş göyərtəsinə daşınmasını təmin edir.

Gəmi eyni zamanda iki ədəd "AB1” nüvə reaktoru ilə təchiz olunub. Müqayisə üçün qeyd olunur ki, bu reaktorlar ABŞ-ın Nyu-York ştatındakı Sirakuz şəhərindəki bütün ailələri enerji ilə təmin edə biləcək gücə malikdir. Aviadaşıyıcının iki diapazonlu radarı isə S-diapazonlu həcmli radar və X-diapazonlu "AN/SPY-3 Aegis” radarından ibarət müasir radiolokasiya sistemi vasitəsilə düşmən təyyarələrini aşkar edə və onlara "Evolved Sea Sparrow Missiles” (ESSM) raketləri ilə cavab verə bilir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri