Icma.az
close
up
RU
ÜST: “Dünyada təhlükəli virus yayılır” VİDEO

ÜST: “Dünyada təhlükəli virus yayılır” VİDEO

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az Çinin dövlət televiziyasının məlumatına istinadən xəbər verir ki, bir milyon əhalisi olan Quangdun əyalətinin Foşan şəhərində artıq 2659 hadisə qeydə alınıb. Onun müalicəsi üçün şəhərdə 53 xəstəxana ayrılıb. Bütün qeydə alınmış hallar yüngül formadadır.
“Xəstəlik artıq 119 ölkəyə yayılıb. Nəzəri cəhətdən dünyada 5,6 milyard insan bu virusa yoluxa bilər”, - ÜST-ün məlumatında deyilir.
Çinin cənubunda virusun yayılması fonund Pekin xəbərdarlıq etməyə vadar olub. Hökumətin bəyanatında bildirilir ki, beynəlxalq səyahətlərin artması ilə virusun yeni yayılma hallarının riski qalır. Ağcaqanad sürfələrinin çoxaldığı yerlərin, məsələn, çiçək qablarının uzaqlaşdırılması və ya profilaktik tədbir kimi ağcaqanadların kimyəvi maddələrlə öldürülməsi tövsiyə olunur. Uzunətəkli paltarların da ağcaqanadların sancmasından qoruduğu bildirilir.
“Çikunqunya” virusu (CHIKV) ağcaqanadlar, o cümlədən Asiya pələngi ağcaqanadları tərəfindən ötürülən tropik yoluxucu xəstəliklər törədir. Bu, ölümcül olmasad da, qızdırmaya, oynaqlarda və əzələlərdə şiddətli ağrılara səbəb olur. Baş ağrıları və həddindən artıq yorğunluq da yaranır. Xəstəlik ümumiyyətlə bir-iki həftə ərzində yox olur.
- Bununla belə, xəstələrin 40%-ə qədəri infeksiyadan sonra aylar və ya illər davam edə biləcək problemlər yaşayır. Virus xroniki xəstəlikləri olan insanlar, həmçinin hamilə qadınlar və körpələr üçün daha böyük risk yaradır”, - ÜST xəbərdarlıq edir.
Təşkilatın saytında ÜST-ün mövcud vəziyyətdən narahat olduğu vurğulanır, çünki virus immuniteti zəif insanlar arasında çox sürətlə yayıla bilər. Məsələn, Fransaya məxsus Reyunyon adasında qısa müddət ərzində əhalinin təxminən üçdə biri virusa yoluxub. Ada Afrika sahillərindəki Madaqaskardan təxminən 700 kilometr şərqdə yerləşir. Mayotte və Mavrikiydə də böyük epidemiyalar qeydə alınıb.
ÜST ölkələri təcili tədbirlər görməyə, o cümlədən zərər çəkmiş ərazilərdə ağcaqanad qovucularından və ağcaqanad torlarından istifadə etməyə çağırır. Hazırda virus insandan insana keçmir.
Bu arada, Avropadakı güclü isti dalğası “çikungunya” virusunu ötürən pələng ağcaqanadlarının bütün qitədə yayılmasına zəmin yaradır. Bu günə qədər “çikungunya” qızdırmasının əsasən virusun geniş yayıldığı ölkələrə səfər etmiş insanlarda qeydə alındığı bildirilsə də, Aralıq dənizi bölgəsində yerli ötürülmə halları artmaqdadır.
İyulun əvvəlində Fransanın Strasburq şəhərinin cənubunda, Almaniya ilə sərhədə yaxın ərazidə yerli infeksiyaya yoluxma halı aşkar edilib. Almaniyada pələng ağcaqanadları Baden-Vürtemberq, Hessen və Reynland-Pfalts əyalətlərində, həmçinin Bavariya, Türingiya, Berlin və Şimali Reyn-Vestfaliyanın bir hissəsində geniş yayılıb.
Virusa qarşı iki peyvənd var – “İkşik” və “Vimkunya” , lakin yaşlı insanlarda ciddi yan təsirlərin törənməsi barədə hesabatlara əsasən, “İkşik” hazırda Avropa Dərman Agentliyi tərəfindən nəzərdən keçirilir.
Qeyd edək ki, “Çikungunya” sözü Tanzaniyanın cənubundakı yerli dildə nəsə “qorxulu” bir şey deməkdir. Bu ad şiddətli ağrılardan əziyyət çəkən yoluxmuş insanların duruşları ilə əlaqələndirilir. Xəstəlik ilk dəfə 1950-ci illərin əvvəllərində Tanzaniyanın cənubunda təsvir edilib.

Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 İyul 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri