ÜST Livanın cənubunda 9 tibb işçisinin həlak olduğunu açıqlayıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Cənubi Livanda səhiyyə müəssisələrinə edilən beş hücum nəticəsində doqquz tibb işçisi həlak olub, daha yeddi nəfər isə yaralanıb. Bununla da mart ayı ərzində həyatını itirən səhiyyə işçilərinin sayı 51-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, mart ayı 2023-cü ilin oktyabrında ÜST-nin Livanda səhiyyə obyektlərinə hücumları izləməyə başladığı dövrdən bəri ən çox səhiyyə işçisinin həlak olduğu ikinci aydır. O, martın 2-də Livanda vəziyyətin kəskinləşməsindən sonra 120-dən çox səhiyyə işçisinin yaralandığı bildirib. Yaralanmaların böyük əksəriyyəti ölkənin cənubunda baş verib.
Qeyd edilib ki, səhiyyə obyektlərinə təkrar hücumlar Cənubi Livanda tibbi xidmətlərin göstərilməsinə ciddi şəkildə mane olur. Hazırda 4 xəstəxana və 51 ilkin səhiyyə mərkəzi bağlanıb ki, bu da ən çox ehtiyac duyulan vaxtda əsas tibbi xidmətlərə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bir sıra digər səhiyyə müəssisələri də qismən zərər görüb və məhdud imkanlarla fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 29 Mart 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















