Icma.az
close
up
RU
“Ustad Ələsgərin Göyçə harayı Vətənə sarı” layihəsinin icrasına başlanılıb

“Ustad Ələsgərin Göyçə harayı Vətənə sarı” layihəsinin icrasına başlanılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Dədə Ələsgər Ocağı İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olaraq “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihənin icrasına başlayıb.

İctimai Birlikdən AZƏRTAC-a məlumat verilib ki, layihənin əsas məqsədi Azərbaycan xalq ədəbiyyatının zirvələrindən biri olan ustad aşıq Ələsgər irsini və Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın vətənə qayıdış ideyasını bir araya gətirərək sazla-sözlə xalqımızın milli ruhunu gücləndirmək, eləcə də Qərbi azərbaycanlılar arasında bu müqəddəs ideyanın təbliğinə töhfə verməkdir.

Tarixi Azərbaycan torpaqlarından - indiki Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımız bu gün də doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Azərbaycan dövləti və Qərbi Azərbaycan İcması bu istiqamətdə həm beynəlxalq hüquq müstəvisində, həm də ictimai səviyyədə məqsədyönlü və sistemli fəaliyyət göstərməkdədir. Layihə də bu geniş və vacib prosesə mədəni və mənəvi dəstək verməyi hədəfləyir.

Layihə çərçivəsində Qərbi azərbaycanlıların sıx məskunlaşdığı dörd bölgədə və Bakı şəhərində aşıqlardan ibarət konsert proqramları təşkil olunacaq. Sazla doğulub, sazla böyüyən bu insanların yaddaşında aşıq sənəti təkcə bir incəsənət forması deyil, həm də kimlik, tarix və vətən duyğusudur. Konsertlər vasitəsilə onların vətənə bağlılıq hissləri bir daha canlandırılacaq və qayıdış əhval-ruhiyyəsi gücləndiriləcək.

Layihənin sentyabrın 1-dək davam edəcək.

Dədə Ələsgər Ocağı İctimai Birliyi bu layihə vasitəsilə həm də Qərbi Azərbaycan məsələsinə ictimai diqqəti artırmaq, aşıq sənətinin çağdaş dövrümüzdəki sosial gücünü nümayiş etdirmək və milli mədəni irsimizi yaşatmaq istiqamətində vacib bir addım atır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri