Icma.az
close
up
RU
“Ustad Ələsgərin Göyçə harayı Vətənə sarı” layihəsi çərçivəsində Sabirabadda konsert

“Ustad Ələsgərin Göyçə harayı Vətənə sarı” layihəsi çərçivəsində Sabirabadda konsert

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Sabirabad rayon Mədəniyyət Mərkəzində “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən icra olunan “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində növbəti ədəbi-bədii konsert təşkil olunub.

Sabirabad Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Tədbirin aparıcısı “Dədə Ələsgər Ocağı” İB-nin İdarə Heyətinin üzvü Taleh Əliyev, layihənin məqsəd və vəzifələri barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, layihənin əsas məqsədi Qərbi Azərbaycandan – o cümlədən Göyçə mahalından olan saz-söz ustadlarının irsini təbliğ etmək, bu bölgənin mədəni-mənəvi yaddaşını qorumaq, ictimai şüurda Qayıdış ideyasını gücləndirməkdir.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Ardınca “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş etdirilib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək qeyd edib ki, tədbirin iştirakçılarının böyük əksəriyyəti Sabirabad rayonunda məskunlaşmış Qərbi Azərbaycan köçkünləridir. O vurğulayıb ki, bu cür layihələr tariximizi unutmamaq, milli yaddaşımızı yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri Xətai Ələsgərli çıxışında bildirib ki, bu layihənin əsas məqsədi saz-söz sənətində müstəsna yeri olan Göyçə aşıq mühitini yaşatmaq, Aşıq Ələsgərin poetik irsini yeni nəsillərə çatdırmaq və Qərbi Azərbaycanın mədəni yaddaşını gücləndirməkdir. O əlavə edib ki, “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi yalnız ədəbi deyil, həm də ideoloji və mənəvi yük daşıyan fəaliyyət proqramıdır.

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İbadulla Ağayev çıxışında Qərbi Azərbaycanın tarix boyu Azərbaycan xalqının əzəli torpaqları olduğunu diqqətə çatdırıb və bu torpaqlara qayıdışın ədalətin bərpası olacağını vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı isə qeyd edib ki, ədəbiyyat, poeziya və aşıq sənəti Qərbi Azərbaycan yaddaşının qorunmasında və nəsildən-nəslə ötürülməsində mühüm vasitədir. Bu cür tədbirlərin regionlarda keçirilməsinin həm maarifləndirici, həm də mədəni əhəmiyyəti olduğu bildirilib.

Konsert proqramında aşıq sənətinin tanınmış nümayəndələrinin çıxışları tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Səhnədə Əməkdar mədəniyyət işçisi Aşıq Bəhmən Göyçəli, Aşıq Həqiqət Şınıxlı, Aşıq Fikrət Borçalı, xanəndə Rəşad İdrisoğlu, Aşıq Dərya Mərdanzadə və Aşıq İlqar Qələmçəli öz ifaları ilə Göyçə elinin saz-söz ab-havasını təqdim ediblər.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyul 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri