Icma.az
close
up
RU
“Ustad Ələsgərin Göyçə harayı Vətənə sarı” layihəsi çərçivəsində Gəncədə konsert proqramı keçirilib

“Ustad Ələsgərin Göyçə harayı Vətənə sarı” layihəsi çərçivəsində Gəncədə konsert proqramı keçirilib

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Dədə Ələsgər Ocağı İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olaraq “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihənin icrasına başlanıb.

"Cebheinfo.az" xəbar verir ki, layihənin əsas məqsədi Azərbaycan xalq ədəbiyyatının zirvələrindən biri olan ustad aşıq Ələsgər irsini və Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın vətənə qayıdış ideyasını bir araya gətirərək sazla-sözlə xalqımızın milli ruhunu gücləndirmək, eləcə də Qərbi azərbaycanlılar arasında bu müqəddəs ideyanın təbliğinə töhfə verməkdir.

Layihə çərçivəsində ilk tədbir Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Universitetdə yerləşən büstü qarşısına tər gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlı hazırlanmış videoçarxın nümayişindən sonra çıxışlara start verilib.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə heyətinin sədri Xətai Ələsgərli çıxış edərək bildirib ki, tarixi Azərbaycan torpaqlarından - indiki Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımız bu gün də doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Azərbaycan dövləti və Qərbi Azərbaycan İcması bu istiqamətdə həm beynəlxalq hüquq müstəvisində, həm də ictimai səviyyədə məqsədyönlü və sistemli fəaliyyət göstərməkdədir. Layihə də bu geniş və vacib prosesə mədəni və mənəvi dəstək verməyi hədəfləyir. Xətai Ələsgərli çıxışının sonunda layihənin həyata keçirilməsinə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin təşkilinə görə Azərbaycan Dövlət Aqrar Universitetinə təşəkkürlərini bildirib.

Daha sonra ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək bildirib ki, Qərbi azərbaycanlılar tarix boyu qanunsuz deportasiyalara məruz qalıb, onların hüquqları bərpa olunmalı və soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Rektor qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ həsrətinə son qoyulduğu kimi, Qərbi azərbaycanlıların da sülh yolu ilə və təhlükəsiz şəkildə yurdlarına qayıdışına yaxın gələcəkdə nail olunacağına böyük inam var.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, professor Ziyad Abbasov, Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü Taleh Əliyev, şair Ramiz Qusarçaylı da çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, layihə çərçivəsində Qərbi azərbaycanlıların sıx məskunlaşdığı dörd bölgədə və Bakı şəhərində aşıqlardan ibarət konsert proqramları təşkil olunacaq. Sazla doğulub, sazla böyüyən bu insanların yaddaşında aşıq sənəti təkcə bir incəsənət forması deyil, həm də kimlik, tarix və vətən duyğusudur. Konsertlər vasitəsilə onların vətənə bağlılıq hissləri bir daha canlandırılacaq və qaydış əhval-ruhiyyəsi gücləndiriləcək.

Daha sonra bədii hissədə aşıqların ifaları dinlənilib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see237

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see158

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see157

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see150

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see133

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri