Icma.az
close
up
RU
Üstünlük “Sabah”a keçdi “Neftçi” sindromu qıra bilmədi

Üstünlük “Sabah”a keçdi “Neftçi” sindromu qıra bilmədi

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”yə qalib gəlib – 2:1.

Əsas hədəfləri kuboku qazanmaq olan komandaların ilk duelindən sonra üstünlük “bayquşlar”dadır. Matç boyu hücumlarda daha təhlükəli olan “Sabah” eyni zamanda bu mövsüm ikinci dəfə bu arenada “ağ-qaralar”ı məyus etməyi bacarıb.

İlk hissədə daha üstün olan “Sabah” rəqib müdafiəsini yarmaqda demək olar, çətinlik çəkmirdi. “Neftçi”dəki boşluqlar “bayquşlar”a daha rahat oynamağa imkan verirdi. Fasilədən sonra isə nəticəyə uyğun hücuma keçən “Neftçi” bir neçə təhlükəli epizod yarada bilsə də, dəqiqlik çatmadı. Əvəzində Xəyal Əliyevin zərbəsindən sonra dirəkdən qayıdan topu “çərçivə”yə göndərən Pavel Şafranko komandasına vacib qələbə qazandıran qolu vurdu. Bundan sonra yenidən irəli atılan “ağ-qaralar” hücumda diş göstərə bilmədi, əvəzində daha təhlükəli əks-hücumlara çıxan “Sabah” üçüncü qolu vurmağa daha yaxın idi.

Oyunda nəticədən daha çox müzakirə olunan məsələ hakim idarəçiliyi oldu. Xüsusilə görüşün son dəqiqələrində “Neftçi”nin müdafiəçisi Yuri Matiasın “bayquşlar”ın hücumçusu Coy-Lens Mikelsə qarşı cərimə meydançası daxilində kobud oynaması və hakimin bu epizodda penalti təyin etməməsi narazılığa səbəb oldu. “Bayquşlar”ın baş məşqçisi Vasili Berezutski idarəçiliyə qarşı etiraz olaraq isə mətbuat konfransında oyunla bağlı fikirlərini bildirməklə otağı tərk etməklə göstərdi. Mütəxəssis bu sözlərlə fikrini bildirdi:

“Uşaqlar sona dəqər döyüşdülər və mübarizə apardılar. 11 nəfərə yox, 11 futbolçu və əlavə 3 də hakimlərə qarşı oynadıq. Sanki VAR-da hakim yoxdur. Oyun barəsində bu qədər danışa bilərəm, vəssalam”.

Azərbaycan futbolunda problemli yerlərdən olan hakim idarəçiliyi artıq son turlarda əsas müzakirə mövzusuna çevrilib. Gəldiyi ilk dönəmlərdə hakimlikdən danışmayan Berezutski son matçlarda dilə gəlib, sakit və təmkinliyi ilə tanınan Qurban Qurbanov da “Araz-Naxçıvan”la matçda emosiyalarını idarə edə bilmədi və təpiklə planşet sındırdı. Eynilə digər matçlarda da tez-tez hakim qərarlarına etirazlar qaçılmaz olur.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri