Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Uzaq ellərin doğma töhfəsi

Uzaq ellərin doğma töhfəsi

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məmməd ƏLİYEV
Filologiya elmləri doktoru, professor

Mənalı ömrünün yarım əsrdən çoxunu İraq-türkman xalqının tarixi, məişəti, bədii söz yaradıcılığı, folklor və etnoqrafiyasının öyrənilməsinə həsr etmiş filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor, iraqşünas alim Qəzənfər Paşayev və gənc alim Orxan İsayev yeni bir monoqrafiya ilə oxucuların görüşünə gəlmişlər. Onların nəşrə hazırladığı İraq-türkman ədəbiyyatı tarixi elmi yaradıcılıqlarının yüksək zirvəsi olmaqla uzun illərin axtarış və araşdırmalarının nəticəsi kimi oxucuda məmnunluq hissi doğurmaqla milli təəssübkeşlik hisslərinə rəğbətlə yanaşmağı tələb edir...

Ayrı-ayrı vaxtlarda İraq türkmanlarının məişəti, folklor və etnoqrafiyası, dil, ləhcə və üslub xüsusiyyətləri haqqında qiymətli əsərlər yazmaqla ziyalı audioriyasının, geniş oxucu kütləsinin diqqətini cəlb edən ədəbiyyatşünas alimlər bir daha bu xalqın yaratdığı ədəbiyyatın bizə nə qədər doğma olduğunu, onun Azərbaycan ədəbiyyatının bir hissəsi olduğunu, bu xalqın böyük hissəsinin vaxtilə Azərbaycandan gedənlər olduğunu önə çəkdilər. Odur ki, bu ədəbiyyatın bizə doğma olduğu bir daha təsdiqləndi.

Doqquz bölmə və nəticədən ibarət olan kitabda İraq türkmanlarının mənşəyi haqqında verilmiş tarixi qeydlər hər şeydən öncə diqqəti cəlb edir. Burada türkmanların qədim Mesapotamiya ərzilərində məskunlaşma tarixindən, onların böyük qisminin Azərbaycandan o yerlərə köçməsindən, bu xalqın Məhəmməd Füzuli kimi dahini dünya ədəbiyyatına bəxş etməsindən, İraq-türkman ədəbiyyatının ilkin olaraq Azərbaycan, sonradan isə Osmanlı türk ləhcələrində yazılması səbəblərindən danışılır.

Bu bölmədə Xətib Təbrizi, Xətib Urməvi, Nəsr Təbrizi, Əbdülqədir Marağayi, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai haqqında yazılmış oçerklər ilk növbədə diqqəti cəlb edir. Məlum olur ki, İraq-türkman ədəbiyyatşünas alimləri yuxarıda adları çəkilən şairləri həm də İraq ərazisində yaranan türkdilli ədəbiyyatın nümayəndələri kimi qəbul etmişlər. Professor Qəzənfər Paşayev və Orxan İsayev Əta Tərzibaşının "İraq-türkman ədəbiyyatına toplu bir baxış" və Əbdüllətif Bəndəroğlunun "İraq-türkman ədəbiyyatı tarixinə bir baxış" əsərlərinə münasibət bildirərək yazırlar ki, XVI əsrin II yarısına qədər İraq-türkman ədəbiyyatı mətnləri Azərbaycan ləhcəsində yazılmış, bu ədəbiyyat Azərbaycan ədəbiyyatının bir qolu kimi Mesapotamiyada yaranmış və Azərbaycan ədəbiyyatı kimi qəbul edilmişdir.

Eyni sözləri Azərbaycan ədəbiyyatının XVI əsrdə yaşayıb-yaratmış nümayəndələrindən Məhəmməd Füzuli və onun oğlu Fəzli haqqında da söyləmək olar. Füzuliyə həsr edilmiş çoxsaylı elmi əsərlərdə onun Kərbəlada doğulub yaşaması haqqında fikirlər var. Əksər araşdırıcılar bu fikirləri söyləyərkən şairin:

Ey Füzuli, məskəni çün

Kərbəladır şeirim,

Hörməti hər yerdə vardır

xəlq onun müştaqıdır.

Nə qızıldır, nə gümüş,

nə ləlü, nə mürvaridir,

Sadə torpaqdırsa,

lakin Kərbəla torpağıdır.

Bir həqiqət məlumdur ki, əksər qaynaqlarda Füzuli "Füzuli əl-Bağdadi" kimi yazılmışdır. Görünür, tarixin Füzuli ilə bağlı bəzi məqamlarına işıq salınmamışdır. Professor Qəzənfər Paşayev İraqda olarkən Kərkükə getmiş, Kərkükün Tuzxurmatu əyalətinin Füzulinin doğulduğu Qaranaz kəndində olmuş, Kərkükdə Füzulinin evini ziyarət etmiş, Dr.Şəmsəddin Kuzəçinin filmində Füzuli məscidini görmüşdür.

Füzuli Bağdadda təhsil alıb uzun müddət orada yaşayıb-yaratmış, ömrünün son dövrlərini Kərbəlada keçirmişdir. Məhəmməd Füzulinin əsərlərindən aydın görünür ki, o, dövrünün tibb, nücum, məntiq, fəlsəfə və s. kimi elm sahələrinə dərindən yiyələnmişdir. Şeir, sənətlə bağlı görüşlərinin izahından bəlli olur ki, o, əruz və qafiyə elmlərinə, məcazlar sisteminə - mübaliğə, bədii təyinlər, obraz yaratma, sufi fəlsəfəsinə və s. dərindən bələd olmuşdur. Bunların sayəsində o, əlçatmaz zirvəyə yüksəlmiş, Bağdadlı Füzuli adını almışdır. Çox güman ki, bu, Şərqdə məşhur olan Nizamiyyə mədrəsəsində olmuşdur.

Kitabda maraq doğuran bölmələrdən biri də İraq-türkman şifahi xalq yaradıcılığına geniş yer verilməsidir. Türkman xalq şeir nümunələri, xoyratlar, aşıq yaradıcılığı, Azərbaycanda və İraqda geniş yayılmış aşıq şeirinə, dastan yaradıcılığına geniş yer ayrılmışdır. İraq türkmanlarının dilindən düşməyən "Arzu-Qəmbər", "Əsli və Kərəm", "Leyli və Məcnun" və s. kimi məhəbbət dastanlarının poetik özəlliklərindən, Azərbaycan dastanları ilə eyniyyət təşkil etməsindən bəhs edilir.

İraq-türkman ədəbiyyatında yer tutan, Türkmanelidə yazıb-yaradan Əbdürrəzaq Növrəs, Lütfullah bin Vəli, Ömər Naci, Mahmud Tifli, Abdullah Vəzihi, Yusif Qəribi, Abdullah Namidar, Osmani, Hacı Abdullah Safi, Məhəmməd Mihri, Şeyx Əbdülrəhman Xalis, Əbdülqədir Fariz, Şeyx Rza Təlabani, Əbdürrəzaq Ağa və b. şairlərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir, onların yaradıcılığından nümunələr təqdim edilir ki, bütün bunlar İraq-türkman ədəbiyyatı barədə tam təsəvvür yaratmaqda oxucularımıza yardım edir.

XX əsr İraq-türkman ədəbiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, şair və ədiblərin həyatında əsaslı keyfiyyət dəyişmələri ilə yadda qalmışdır. Yeni şeirə, yeni mövzu və məzmuna uyğun poetik forma axtarışlarına güclü meyil olmuşdur. Şairlər məhz bu dövrdən heca vəznli şeirdə və sərbəstdə əsərlər yazmağa daha çox meyl göstərmişlər.

Bu şeirdə ənənə və novatorluğun keyfiyyətcə yeni bir inkişaf dövrünə qədəm qoymasından xəbər verir. XX əsr İraq-türkman ədəbiyyatı həm kəmiyyət, həm də keyfiyyət baxımından özünün intibahını keçirmişdir. Bu dövr ədəbiyyatında Hicri Dədə, Məhəmməd Sadiq, Əsəd Naib, Məhəmməd İzzət Xəttat, Əbdülxaliq Bayatlı, Əbdüllətif Bəndəroğlu, Salah Növrəs, Nəsrin Ərbil, Salah Növrəs və başqalarının sayəsində İraq-türkman ədəbiyyatı inkişaf etmiş və zənginləşmişdir.

Kitab müəllifləri İraq-türkman ədəbiyyatında nəsr və dramaturgiyanın inkişafı haqqında da məlumat vermişlər. Nəsrin inkişafında Mahmud Nədim, Məkki Ləbib, Ərəb Fəhmi, Əli Marufoğlu, Cəlal Polad, Mövlud Taha Qayaçı, Xeyrəddin Faruki və digərlərinin rolunu qeyd etmişlər.

Kitabda İraq-türkman ədəbiyyatında dramaturgiyanın yaranması və onun tarixi inkişafından danışılmışdır. Dram janrının yaranmasında Haşim Nahid Ərbil, Habil Əhməd Hüsnü, Abdulla Cümə, Məhəmməd Qasım və başqalarının rolu qeyd olunmuşdur.

Ədəbiyyat tarixi hər bir millətin milli-mənəvi dəyərlərinin maddiləşmiş sərvəti olmaqla xalqın bütövləşməsinə şəhadət verən ölməz abidədir. Azərbaycanın sinəsindən qopub uzaq ellərdə məskunlaşmış bu xalqın yaradıcılıq dühası, onun dünya mədəniyyətinə bəxş etdiyi misilsiz sərvət Azərbaycan ədəbiyyatının bir qolu kimi bizə çox doğmadır. Odur ki, onu, sözün tam mənasında uzaq ellərin doğma töhfəsi adlandıra bilərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri