Icma.az
close
up
RU
Yaxın, uzaq, doğma məzarlar Abid Tahirli yazır

Yaxın, uzaq, doğma məzarlar Abid Tahirli yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abid TAHİRLİ

Azərbaycanın ictimai fikir tarixində, milli məfkurənin formalaşmasında, maarifçilik, xeyriyyəçilik hərəkatının genişlənməsində, yeni tipli məktəblərin, teatrın yaranmasında "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin (Həsən bəy Səlim bəy oğlu Məlikov - 28 iyun 1837, Zərdab - 28 noyabr 1907, Bakı) misilsiz xidmətləri var. XIX əsrin sonlarından üzü bu yana Azərbaycan ədəbiyyatı, mətbuatı, mədəniyyəti tarixində demək olar ki, elə söz sahibi tapmaq çətindir ki, Həsən bəyin millətin tərəqqisi yolundakı fədakar və bənzərsiz əməyini yüksək dəyərləndirməsin. Bu barədə düşünəndə isə ağlıma ilk gələn Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni, mətbuat və istiqlal uğrunda mücadilə  tarixində parlaq iz qoymuş yazıçı-publisist, naşir, redaktor, tərcüməçi, dövlət xadimi, diplomat Ceyhun Hacıbəylinin H.Zərdabinin ünvanına söylədiyi "Azərbaycan mədəniyyətinin pioneri" ifadəsidir. Amma millətə ömrünü fəda edən bu pionerin taleyi şərəfli olduğu qədər də, kədərli olub...

Sağlığındakı çətinliklər, sıxıntılar bir yana, H.Zərdabi dünyasını dəyişəndən sonra da onun nə cismi, nə də ruhu rahatlıq tapıb. 1907-ci ilin noyabrın 28-də vəfat edən Həsən bəy böyük izdihamın müşayiəti ilə, gurultulu və təntənəli çıxışlardan sonra Bayılda - Bibiheybət məscidinin həyətində dəfn olunur. 1937-ci il represiyyasının soyuq küləkləri yerin altındakı millət fədailərini də sınağa çəkir: H.Zərdabinin də dəfn olunduğu məzarlıq yol çəkmək bəhanəsi ilə bir gecənin içərisində dağıdılır, viran qoyulur. Mərhumun sahibsiz sümükləri, deyilənlərə görə, gecə ilə qəbirdən çıxarılır və naməlum istiqamətə aparılır.

Unudulmaz müəllimimz Abbas Zamanovun səyi sayəsində Həsən bəyin sümükləri Yasamal qəbiristanlığından - həyat yoldaşı Hənifə xanımın məzarına bitişik yerdə basdırılmış yeşikdən tapılır və Fəxri xiyabanda dəfn edilir... Amma məsələ burasındadır ki, mən Yasamal qəbiristanlığında uzun müddət axtarış apardıqdan sonra Hənifə xanımın məzarına rast gəlmədim. Yalnız Həsən bəy Zərdabinin qızı Qərib Sultanın baxımsız qəbri ilə rastlaşdım...

Bir haşiyə. Bu yaxınlarda bir mühacir ədibin - İsmayıl Saryalın əsərlərinin izi ilə AMEA tərəfindən Ankaraya ezam olunmuşdum. İ.Saryalın Azərbaycan sevdalı nəvəsi Nilgün xanım Saryalla görüşdüm, müəyyən sənədləri, o cümlədən İsmayıl Saryalın "Bakı rüzgarı" memuarının makina yazısının surətini əldə etdim. Yeri gəlmişkən qeyd edim ki, həmin əsərin Ankarada (Poyraz ofset,  Ankara, 1997, 294 s.) və Bakıda ("Xan" nəşriyyatı, Bakı, 2017, 384 səh.) nəşr edilməsinə baxmayaraq, memuarın makina yazısını əsas götürməklə müvafiq qaydada elmi nəşrinin hazırlanmasını və AMEA-nın "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından çapı məqsədəuyğun olardı.

Onu da vurğulamağı lazım bilirəm ki, Azərbaycan Respulikası Milli Arxiv İdarəsinin rəisi, professor Əsgər Rəsulov Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində "İsmayıl Saryal fondu" yaratmaq istəyimizi məmnuniyyətlə qəbul etdi və inanıram ki, yaxın vaxtlarda, arzulayanlar belə bir fondla tanış ola biləcəklər.

Qayıdıram mətləbə. Ankaraya səfərim zamanı İsmayıl Saryalın  və onun oğlu T.C. Orta Doğu Texniki Universitetinin təməlini qoyanlardan biri professor Nuri Saryalın Karşıyaka məzarlığındakı qəbirlərini Türkiyənin tanınmış ədəbiyyatşünaslarından doktor Şakir Dicləxanla birlikdə ziyarət etdik. Ucu-bucağı görünməyən məzarlığı gəzərkən bizi müşayiət edən qəbiristanlıq işçisi "Buralarda bir neçə qafqasyalı məzarı da var" - dedi və bizi həmin istiqamətə apardı. Orada... Həsən bəy Zərdabinin oğlu, Cümhuriyyət tələbələrindən olmuş mühəndis, memar, publisist Saffet Zərdabinin, onun həyat yoldaşı Nəfisə Məlik Zərdabinin dağılmaqda olan qəbirləri ilə rastlaşdıq...

Fəxri xiyabanda uyuyan, tez-tez məzarının üzərinə təzə-tər gül-çiçək dəstələri düzülən, dərin ehtiramla xatırlanan Həsən bəy Zərdabinin övladlarının qəbirlərinin abadlaşdırılması da o dahi şəxsiyyətin ruhunu şad edərdi.

27.02.2025.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri