Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Uzaq Vyetnamı ölkəmizlə yaxınlaşdıran əlaqələr

Uzaq Vyetnamı ölkəmizlə yaxınlaşdıran əlaqələr

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vyetnam xalqı uzun illər müstəmləkəçilik, istila, hərbi müdaxilə şəraitində yaşayıb. Nəhayət, məşəqqətli, əzab-əziyyətli həyat dost ölkələrin və xalqların hərtərəfli dəstəyi ilə başa çataraq inkişaf dövrü başlayıb. Vyetnamın müharibədən sonrakı bərpasında, xüsusən də neft-qaz sənayesinin qurulmasında Azərbaycanın çox böyük dəstəyi diqqət çəkib. Vyetnam xalqı ölkəsinin neft-qaz sənayesinin qurulmasında neftçilərimizin tarixi xidmətlərini yüksək dəyərləndirib.

Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” Sovet – Vyetnam birgə müəssisəsi yaradılıb və bu ölkənin neft yataqlarının kəşfiyyatı, hasilatı üçün Azərbaycanın onlarla qabaqcıl neft mühəndisi, geoloqu, ixtisaslaşmış işçisi Vyetnama ezam olunub. Bundan başqa, Azərbaycandan Vyetnama neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq göndərilib. Şirkətin 1981–1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub.

“Vietsovpetro” şirkətinin səmərəli fəaliyyəti nəticəsində neft yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində əldə edilən uğurlar ölkələrimizi daha da yaxınlaşdırıb. Bu, eyni zamanda, iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsini şərtləndirib.

Azərbaycan ilə Vyetnama bir-birinin maraqlarına hörmətlə yanaşan dost və tərəfdaş ölkələr, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafını yüksək dəyərləndirən respublikalar kimi münasibət bəslənilib. Xalqlarımız arasındakı münasibətlərin təməli hələ SSRİ dövründə qoyulub. Vyetnam xalqının öndəri Ho Şi Min 1959-cu ildə Azərbaycana, xalqımızın ümummilli lideri Heydər Əliyev isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama tarixi səfərdə olub. Bu səfər keçmiş SSRİ-nin, eləcə də Azərbaycanın Vyetnamla münasibətlərinin inkişafını sürətləndirib, sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərmək barədə inandıra bilib.

Vyetnama sözügedən tarixi səfər çərçivəsində rəsmi görüşlər keçirən, bir neçə istehsal müəssisəsi və infrastruktur obyekti ilə tanış olan dahi şəxsiyyət Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vyetnamın neft sənayesinin mərkəzi olan Vunq Tau şəhərinə də baş çəkir. Ulu öndərin səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl –1986-cı ilin iyununda hasil edilir.

“Vietsovpetro” Sovet – Vyetnam birgə müəssisəsinin Vunq Tau şəhərindəki baş ofisində şirkətin fəaliyyətinə və Vyetnamın neft-qaz sənayesinə dair muzeydəki eksponatlar arasında ulu öndər Heydər Əliyevin bu şəhərə səfərinə, neftçilərlə görüşlərinə, eyni zamanda, Azərbaycan mütəxəssislərinin bu ölkədəki fəaliyyətinə dair fotolara da rast gəlmək mümkündür. Muzeyin girişində isə Ho Şi Minin Bakıda neft mədənlərinə səfərinə aid iri fotoşəkli və Bakı haqqında məşhur kəlamı diqqət çəkir.

Beləliklə, dahi şəxsiyyət Heydər Əliyevin 42 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb. Azərbaycanın Vyetnamla dostluğu yalnız enerji sahəsində olmayıb. SSRİ dövründə minlərlə vyetnamlı tələbə, xüsusilə Bakıdakı Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Onların bir çoxu sonradan öz ölkələrində yüksək vəzifələrə yüksəlib, Azərbaycana isə “ikinci Vətən” kimi qayıdıb. 2014-cü ildə Prezident İlham Əliyevin Hanoya səfəri zamanı həmin məzunlar Prezidentlə görüşdə “Tələbə” mahnısını oxuyaraq keçmiş illəri yad ediblər. Bu səfər yeni əməkdaşlıq mərhələsinin əsasını qoyub, ardınca Vyetnam Prezidentinin Bakıya rəsmi səfəri reallaşıb.

Azərbaycan – Vyetnam əlaqələri humanitar sahədə də genişlənməkdədir. Heydər Əliyev Fondunun Vyetnamdakı xeyriyyə fəaliyyəti – məktəb binalarının tikintisi, görmə qabiliyyəti məhdud şəxslər üçün dəstək layihələri – bu dostluğun canlı təzahürüdür. Leyla Əliyevanın bu yaxınlardakı səfəri də iki xalq arasında mənəvi bağların möhkəmləndirilməsi istiqamətində növbəti addım kimi diqqət çəkir.

İki ölkə arasında dostluq həm də şəhərlərin adlarında yaşayır. Bakıdakı “Vunqtau küçəsi”, 1988-ci ildə çəkilmiş “Ağ pələnglə görüş” sənədli filmi bu yaxınlığı simvollaşdırır. 2019-cu ildə Hanoyda Nəsiminin yubiley tədbiri Azərbaycanın mədəniyyətini tanıtmaq baxımından əlamətdar olub.

Bu gün də Azərbaycan və Vyetnam arasında əlaqələr qarşılıqlı hörmət, bərabərlik və mədəni yaxınlıq prinsipləri üzərində inkişaf edir. Enerji, təhsil, humanitar kimi sahələrdə ortaq irs, ədəbiyyat və sənət vasitəsilə yaşadılan bu dostluq xalqlar arasında möhkəm körpüyə çevrilib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılıqlı səfərlərin əhəmiyyəti nəzərə alınaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfəri ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələlərdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb. Bu gün iki dövlət liderlərinin siyasi iradələri sayəsində ölkələrimiz arasında fəal siyasi dialoq və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq yüksək dəyərləndirilib.

Milli maraqlara və müasir çağırışlara əsaslanan siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin edən və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən Azərbaycan ilə Vyetnamın iqtisadi-ticari, mədəni-humanitar, təhsil, turizm, enerji və digər sahələrdə işbirliyinin genişləndirilməsi müsbət nəticələrlə müşahidə edilib.

İki ölkə arasında əməkdaşlığın inkişafında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan – Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Ölkələrimizin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və digət sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.

İki ölkə arasında mövcud siyasi dialoqun saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmaslar, o cümlədən siyasi məsləhətləşmələr mexanizmi mühüm önəm daşıyır. İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcudluğu da xüsusi diqqət çəkir. Mövcud imkanlardan istifadə olunmasının, habelə bu istiqamətdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti böyük əhəmiyyətə malikdir.

Yeri gəlmişkən, Hökumətlərarası Komissiyanın 2017-ci il yanvarın 16-da Hanoy şəhərində keçirilmiş 1-ci iclasının protokolunda qeyd olunan müvafiq sahələr üzrə prioritet istiqamətlər ötən müddətdə diqqətdə saxlanılıb, icrasına xüsusi önəm verilib. Azərbaycanla Vyetnam arasında əməkdaşlığın istiqamətlərindən biri kimi enerji sektoru da diqqətdə saxlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın Neft və Qaz Qrupu (PVN), eləcə də digər şirkətləri arasında əməkdaşlıq yüksək qiymətləndirilib. Neft-qaz sahəsində yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq imkanları daim nəzərdən keçirilib.

Bundan başqa, mütəmadi olaraq iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, investisiya, nəqliyyyat, kənd təsərrüfatı, ətraf mühit, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

Sonda bir məqamı da qeyd etmək istərdik. Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsinin hazırkı vəziyyəti təəssüf ki, yüksək potensial imkanlara malik bu ölkələri qane edə bilməz. Başqa sözlə, müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, sənaye, energetika, turizm sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olmasına baxmayaraq, iki dövlət arasında ticarət dövriyyəsi ölkələrimizin potensialını əks etdirmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri