Icma.az
close
up
RU
Uzaqdan və xəbərsiz sevənlər bu dərddən belə qurtula bilər? Psixoloqdan AÇIQLAMA

Uzaqdan və xəbərsiz sevənlər bu dərddən belə qurtula bilər? Psixoloqdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Platonik sevgi, qədim yunan filosofu Platonun irəli sürdüyü bir anlayışdır. Bu sevgi növü fiziki təmasdan uzaq, daha çox emosional və ruhani bağa əsaslanır. Platonun fəlsəfəsinə görə, ruh və bədən bir-birindən ayrı olduğu üçün sevgi də fiziki bağlılıqdan çox ruhi təcrübə kimi qəbul edilir. Bəzi insanlar qarşılıqlı sevgidən çox platonik, imkansız sevgiyə yönəlirlər. Nəticədə onlar təktərəfli sevginin əziyyətini çəkirlər.

Bəs insanların platonik sevgiyə üz tutmasının səbəbi nədən qaynaqlanır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirdi ki, platonik sevgi uşaqlıqda alınan emosional travmalar, ailə münasibətlərində sevgi çatışmazlığı və valideynlərin məsafəli davranışlarından qaynaqlana bilir. Belə uşaqlar, ailələrindən uzaq olduqları üçün sevgini fiziki təmasdan kənar bir formada öyrənir və nəticədə bu sevgi tərzini normal qəbul etməyə başlayırlar:

"Deyək ki, bir uşaq uşaqlıq zamanında ata-anasından çox uzaq bir şəkildə böyüyürsə və yaxud valideynlərindən birini itiribsə, digər valideyn övladını yaşadığı mühitə, mentalitetə, "ayıb" anlayışına, hər hansı bir düşüncə tərzinə uyğun böyüdür. O, məcbur qalıb işlədiyinə görə uşaq tək böyüməyə vadar olur və sevgini uzaqdan alır. Uşaq ətrafından ancaq eşidir ki, anan işləyir, atan işləyir, sənə vaxt ayıra bilmir, ancaq onlar səni hər zaman sevirlər. Yəni bir növü uzaqdan sevginin artıq dərinləməsini gördüyünə görə onun üçün normallaşır. Platonik sevgi olan insan həmin insana toxunmadan, xəyal quraraq, onu arzulayaraq sevir. Buna müasir aləmdə virtual və duyğusal təmassız sevgi deyilir. Bu zaman güclü xəyallar qurulur. Həmin insan haqqında hər yerdə söhbətlər edir, onu sevdiyini, ona dəyər verdiyini bildirir. Hətta bəzən bildirməsə də onunla bağlı olan əşyaları, şəkilləri saxlayır, heç kəsin görməməsi şəraitini yaradır. Yaxud həmin insan haqqında o dərəcədə çoxlu danışır ki, sevdiyi insanın onu sevdiyinə inanacaq həddə gəlir çatır".

Psixoloqun sözlərinə görə, zamanla bu sevgi həddindən artıq şiddətlənərsə, bu, psixoloji bir pozuntuya – Adel sindromuna çevrilə bilər:

"Tibb aləmində bu sindrom platonik sevginin yaratdığı bir xəstəlikdir. Adel sindromu olan insanlar necə olur? Onlar zamanla əmək qabiliyyətlərini itirə bilirlər, ətrafındakı insanlarla əlaqəni kəsirlər. Onlara ötürülən bir çox suallara cavab vermirlər, sevdiyi insanı yuxuda çox tez-tez görməyə başlayırlar, hətta zaman getdikcə eyforiya halına keçir. Zamanla bu cür hallar artdığına görə o, artıq özünə şiddətli şəkildə qapanır və özünə baxmamağa başlayır. Bu da sözsüz ki, ağır bədən zəifləməsinə, ağır bir vəziyyətə gətirib çıxarır. Bu həmin Adel sindromu Viktor Huqonun kiçik qızıyla bağlıdır. Onun platonik sevgi hekayəsinə əsasən bu xəstəliyin adını Adel qoyublar. Ona görə biz uşaqlarımıza sevgimizi bildirməli, onların yanında olmalı, uzaqdan deyil, yaxından sevdiyimizə, gücümüz yetən qədər övladlarımızla ünsiyyətə keçib onları sarıb sarmalamalı, onların ruhlarını bədənlərinə qədər gözəl bir şəkildə sinməsinə, oturmasına kömək etməliyik".

Nabat Mirzəyeva hesab edir ki, bu hallarla üzləşən insanlar hislərinin ağırlaşmasına imkan verməməli, özlərinə yönəlməlidirlər:

"Həmin insanlar öz inkişafına yönəlsin, idman, meditasiya, yoqa ilə məşğul olsun. Sevdikləri, ətrafındakı insanlarla təmasda olsun, onlarla gəzintiyə çıxsın, öz fərqindəlik inkişafına baxsın. Həyat baxışını dəyişməyə çalışsın. Kitab oxumaq, musiqi dinləmək, film izləmək kimi fəaliyyətlərə, hobbilərə yiyələnsin".

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2024 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri