Icma.az
close
up
RU
Üzeyir Hacıbəyli Türk dünyasının ortaq səsi və dəyəridir

Üzeyir Hacıbəyli Türk dünyasının ortaq səsi və dəyəridir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankarada dahi dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş konfrans, təqdimat və konsert keçirilib

Ankara, 18 sentyabr, AZƏRTAC

Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Ankaradakı Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman Şərqinin ilk operanın müəllifi, Azərbaycan-Türki dünyası musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı konfrans, təqdimat və konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Qazi Universiteti, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin dəstəyi ilə təşkil olunan tədbirdə diplomatlar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri moderatoru Azərbaycanın Əməkdar artisti İslam Manafov, Üzeyir Hacıbəylinin əvəzolunmaz mirasından danışıb.

Hələ 1908-cü ildə 22 yaşındaykən “Leyli və Məcnun” operasını yazaraq müsəlman və dünya mədəniyyətinə bəxş edən dahi bəstəkarın əsl vətənpərvər pedaqoq olduğunu vurğulayan İ.Manafov, Üzeyir Hacıbəylini “bütün Türk dünyasının inicisi” adlandırıb.

Üzeyir Hacıbəylinin günümüzdə də Azərbaycan müsiqi və sənətinə işıq tutduğunu deyən Əməkdar artist, tədbiri təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan professional musiqi sənətinin banisi, Müsəlman Şərqində ilk operanın müəllifi, Türk dünyasının görkəmli bəstəkarı, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən Türkiyədə də çox sayıda layihələr, nəşrlər, təqdimatlar və konsertlər həyata keçirilir.

Azərbaycanın və dünya mədəniyyət xəzinəsinin yaddaşında silinməz izlər braxan musiqi dühasının qardaş Türkiyədə yad edlməsini qürurverici hadisə adlandıran S. Abbasov, “Üzeyir Hacıbəyli Türk dünyasının ortaq səsi və dəyəridir. Biz inanıriq ki, Üzeyir Hacıbəylinn yaradıcılıg gələcəkdə daha geniş təblig olunacaq, onun yolunu davam etdirən müsiqiçilər də Azərbaycanın şöhrətini bütün dunyaya yayacaqdır”, - deyə qeyd edib.

Digər çıxışçılar Qazi Universitetinin prorektoru, professor Hasan Tezer, Türk dünyası Araşdırmalar və Uyğulama Mərkəzinin rəhbəri, professor Bülent Aksoy, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin Türk xalq Musiqiləri bölümünün başkanı, professor Gökhan Ekim qeyd ediblər ki, Üzeyir Hacıbəyli əsərləri qəlblərə xitab edir, milli mədəniyyəti gücləndirirməklə, Anadoludan Qafqaza bir “könül körpüsü” yaratmışdı.

Görkəmli bəstəkara həsr olunmuş filmin nümayişi ilə davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azerbaycanlı bestecilerden piyano eserleri” adlı kitabın təqdimatı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəylinn əsərləri əsasında konsert proqramı təqdim edib.

Kitab Ankara Opera və Balet Teatrının mütəxəssisi Nailə Əhmədova tərəfindən tərtib olunub. Nəşrdə bir çox Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə və s. fortepiano üçün not əsərləri yer alıb.

Kitabda dahi bəstəkar Üzeyir Hacıbəyli, onun yaradıcılığı, musiqi sənətinə verdiyi töhfələrə dair geniş məlumat verilib.

Tədbir çərçivəsində keçirilən konsert proqramında Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın Əməkdar artisti İslam Manafov, opera sənətçiləri Ömer Türkmenoğlu, Ali Tuna Güney, Fidan Hüseynova Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı Üzeyir Hacıbəylinin repertuarından milli rəqslərlə çıxış ediblər

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see314

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see244

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see204

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see186

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see175

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see167

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see161

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see157

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri