Abdullah Akat: Üzeyir Hacıbəyli Türk dünyasının ulduzu, türk incəsənətinin lideridir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 sentyabr, Günel Alıyeva, AZƏRTAC
Üzeyir Hacıbəyli Türk dünyasının ulduzu, türk incəsənətinin lideridir. O, təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının ilham mənbəyidir. Onun yandırdığı işıq bu gün də bizim üçün yol göstərən mayak olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İstanbul Universiteti Dövlət Konservatoriyasının Musiqişünaslıq kafedrasının müdiri, professor doktor Abdullah Akat “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” Beynəlxalq Forumunda deyib.
“Bu gün biz Türkiyədən gələrək, Üzeyir Hacıbəylinin türk sənətinin inkişafına təsirindən danışırıq. Çox təəssüf ki, Türkiyədə öz Üzeyir Hacıbəylimiz yoxdur. Amma onun burada, bu qardaş torpaqda doğulub yaşaması bizə xüsusi güc və ilham verir”, -deyə professor qeyd edib.
Türkiyəli professorun fikrincə, Azərbaycanın sənətdəki uğurları təkcə Üzeyir Hacıbəyli şəxsiyyəti ilə deyil, həm də onun bütün Türk dünyası üçün formalaşdırdığı mədəni kimliklə bağlıdır.
“Dahi şəxsiyyət yaddaşımızda əbədi qalsın, onun nuru yolumuzu işıqlandırmaqda davam etsin! Onu dərin minnətdarlıq hissi və ehtiramla yad edirik”, - deyə Abdullah Akat sözlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 26 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















