Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin portreti Bir rəsmin dedikləri

Üzeyir Hacıbəylinin portreti Bir rəsmin dedikləri

Icma.az bildirir, 525.az portalına istinadən.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı şəhəri H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin müəllimi, sənətşünas Nurtəkin Hüseynovadır. Onunla Xalq rəssamı Mikayıl Abdullayevin "Üzeyir Hacıbəylinin portreti" əsərindən danışmışıq.

Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci ildə Bakı şəhərində anadan olub. İlk rəssamlıq təhsilini Azərbaycan Rəssamlıq Texnikumunda, Azərbaycan incəsənəti tarixinə ilk Xalq rəssamı kimi daxil olan dahi Əzim Əzimzadənin sinifində alıb. 1939-cu ildə texnikumu bitirən gənc Mikayıl təhsilinin davam etdirmək məqsədilə Moskvaya yola düşüb və V.Surikov adına Moskva Rəssamlıq institutuna daxil olub. İkinci Dünya müharibəsi başladığına görə Mikayıl Abdullayev təhsilinin başa vuraraq Bakıya qayıdıb.  Müharibə illərində bir çox digər gənc rəssamlar kimi, o da təşviqat plakatlarının yaradılmasında iştirak edib. Yalnız 1944-cü ildə yenidən təhsilini başa vurmaq üçün Moskvaya qayıdıb. Mikayıl Abdullayev 2002-ci ildə vəfat edib.

- Bildiyimiz kimi, bu əsər Üzeyir bəyin naturadan çəkilmiş ilk portretidir. Necə olur ki, Üzeyir bəy Abdullayevin onu çəkməsinə razılıq verir?

- Azərbaycan təsviri sənətində tarixən ən aktual janrlardan biri məhz portret janrı olub və daim rəssamlarımız xalqımızın tanınmış elm xadimlərinin, mədəniyyət nümayəndələrinin bir-birindən gözəl portretlərini yaradıblar. Belə gözəl və olduqca maraqlı tarixçəsi olan portretlərdən biri də Mikayıl Abdullayevin Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin portretidir. Mikayıl Abullayevin ilham mənbəyi, yaradıcılığının təməli doğma vətəni Azərbaycan olub və portret janrında da onun qəhrəmanları çoxdur. Rəssamın portretlər silsiləsinə diqqət yetirdikdə yaratdığı obrazların daxilinə nüfuz etdiyini, sanki bir psixoloq kimi yanaşdığının şahidi oluruq. Yəni belə portretlərdən M.P.Vaqifin, İmadəddin Nəsiminin Aşıq Ələsgərin, M.F.Axundovun, Akademik Yusif Məmmədəliyevin,  F.Bədəlbəylinin, Rəsul Rzanın, İbn Sinanın portretlərini misal göstərə bilərik. Mikayıl Abdullayev xatirələrində portretinin işlədiyi qəhrəmanlar haqqında çox maraqlı söhbətlərə rast gəlirik. Amma ən möhtəşəm unudulmaz xatirələrdən biri məhz haqqında danışacağımız portretlə bağlıdır. 1943-cü il C.Cabbarlı adına teatr muzeyinin açılışına hazırlıq gedir və Muzeyin ekspozisiyasında Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verən Üzeyir bəyin də portreti olmalı imiş. Mikayıl Abdullayev "Yazılarım" adlı xatirəsində bildirir ki, "bu şərəfli iş mənə həvalə olundu, onda mənim cəmi 22, Üzeyir bəyin isə 58 yaşı var idi. Mən portreti naturadan çəkmək istəyirdim. Lakin eşitdim ki, hansı rəssam bəyin şəklini çəkmək istəyirmiş, rədd cavabı alırmış. 22 yaşlı tələbənin də yaxşı portret çəkə biləcəyinə inanmayıb, yenə də etirazını bildirib. Beləliklə, məsələ böyüyür və gedib çıxır İncəsənət işləri idarəsinə. O vaxtlar Bakıda incəsənət işləri idarəsinin rəisi Xalq artisti Adil İsgəndərov idi. Adil İsgəndərovun xeyli danışıq və təbliğindən sonra Üzeyir bəyin bu işə razılıq verməsi məndə həm sevinc, həm həyəcan, həm də məsuliyyət hissi yaradır. İşə başlamaq üçün təyin edilmiş vaxtdan bir qədər əvvəl konservatoriyanın binasına getdim və Üzeyir bəyin otağında yerimi rahatladım. Üzeyir bəy gələndə ehtiramla salamlaşdıq və dərhal işə başladım. Çəkməyə başlayanda hiss edirdim ki, bəstəkar əsəri bəyənir, bir qədər sonra otaqdakı sükutu Üzeyir bəy pozdu. "Deyəsən, iş pis getmir özümü görürəm". Üç günə əsəri tamamladım və muzeyin tələsməsinə baxmayaraq, əsəri təhvil vermək bir qədər təxirə düşdü. Səhər saat 09:30-da gəlib porterti götürmək ücün otağa girdim və otağa baxdım ki, portret yoxdur. Ramazan adlı komendat mənə yaxınlaşdı və dedi ki, "Portreti biz dünən apardıq Üzeyir bəyin evinə. Həyat yoldaşı Məleykə xanım portretə baxmaq istəyir, xəstə olduğuna görə gəlib burada baxa bilmir".

Beş gün keçdi, portretdən xəbər çıxmadı. Düzü, bəstəkarın evinə getməyə də utandım. Elə yenə də komendant Ramazandan xəbər almaq qərarına gəldim. Ramazanının cavabı məni çaşdırdı. "Mikayıl, portret Məleykə xanımın çox xoşuna gəlib, onu vermək istəmirlər. Üzeyir bəy deyir əsərin qiyməti nədi, sənə ödəniş etsin". Doğrusu, çox pərt oldum. Nə danışırsan, Üzeyir bəy içi mən daxil Moskvada oxuyan gənclərə atalıq edib. İndi mən durub ondan portret haqqımı alacam? Əksinə, bu, mənim üçün şərəfdir" dedim".

Bir neçə gündən sonra ikinci portreti işləməyə başladım və bu dəfə Üzeyir bəy öz iş masasının arxasında oturub, əllərini bir- birinə keçirib "İndi də belə çəkək" dedi.

Bu tablodada rəssam Üzeyir bəyin şəxsiyyətinə xas məğrur duruşunu, təmkinli simasını, düşüncəli nəzərlərini həssaslıqla canlandırıb.

1944-cü ildə Mikayıl Abdullayev növbəti - üçüncü portreti işləmək istəyir və bu vaxt Üzeyir bəyi Moskvaya çağırırlar. Bu zaman portreti işləmək üçün Üzeyir bəy ən çox sevdiyi fotoşəkillərindən birini Mikayıl Abdullayevə bağışlayır. Fotoşəkilin köməyi ilə rəssam portreti uğurla tamamlayır. Sonralar qələmə aldığı "Unudulmaz obraz" adlı məqaləsində yazırdı: "Üzeyirlə görüşdüyüm, onun portretini yaratdığım günlər həyatımın ən əziz xatirələridir. Üzeyirin mənə bağışladığı fotonu gözbəbəyim kimi qoruyuram".

Haqqında danışdığımız birinci tablonu 1943-cü ildə Mikayıl Abdullayev çəkməyə başladı və qeyd etdiyim kimi, həcm etibarı ilə  çox da böyük olmayan bu tablonu 3-4 günə tamamladı. Onu da deyək ki, bu əsər Azərbaycan təsviri sənətində ilk Üzeyir Hacıbəyli obrazıdır. Tablo həm sənətkarlıq, həm tarixi, həm də psixoloji baxımdan olduqca əhəmiyyətlidir. Çünki o dövrdə müharibə illərində milli və mədəni kimliyimizi təcəssüm etdirən obrazlar xüsusi məna kəsb edirdi və Üzeyir bəy obrazı da bu baxımdan tərəddüdsüz ən önəmli obraz hesab oluna bilərdi. Rəssam əsəri yağlı boya ilə kətan üzərində işləyib.

- Portretdə Üzeyir bəy obrazı necə təsvir olunub?

- Tabloda Üzeyir bəyin yalnız vizual bənzərliyi deyil, xarakteri, mənəvi zənginliyi dərin düşüncəli, aydın baxışlı və iradəli şəxsiyyət kimi təsvir edilib. Rəssam bu portretdə sadə, lakin bir çox məna daşıyan fon və işıq kölgə oyunları vasitəsilə obrazın təkcə zahiri görünüşünü deyil, eyni zamanda daxili aləmini açmağa çalışıb. Portretin ümumi strukturunda obrazın quruluşu, duruşu, baxış istiqaməti onun yüksək mənəvi dünyasını və intellektual potensialını əks etdirir. Əsərdə bəstəkar sadə geyimdə təsvir olunur və bu, onun təvəzökarlığını, şəxsiyyətinin yüksəkliyini və sadə ruhunu vurğulayır.

- Tablo hazırda harada saxlanılır?

- Bu əsər Üzeyir bəyin vəfatından sonra bir müddət Moskvadakı M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Muzeyində nümayiş olunub. Mikayıl Abdullayev yeni bir portret təqdim etdikdən sonra yenidən Bakıda ev-muzeyinə qaytarılıb.

- Bəs Teatr Muzeyinə verilən hansı portretdir?

- Hə, Azərbaycan Teatr muzeyinə üçüncü fotoşəkil əsasında işlənmiş portret təqdim olunur. Macəralı, amma bədii cəhətdən çox kamil olan birinci portret də hazırda Üzeyir bəyin ev-muzeyində qorunur.

- Əsərin rəng həlli haqqında nə deyə bilərsiniz?

- Tabloda rəssam bəstəkarın alicənab və dərin zəkasını, musiqi və vətən sevgisini incə rəng çalarları və yumşaq firça vuruşları ilə ifadə edib. Rəsmdə əsasən yumşaq, sakit və harmonik tonlara üstünlük verilib. Sanki rəssam rənglər vasitəsilə musiqi və rəssamlıq arasında bir körpü qurur. Üzeyir bəyin qürurlu, məğrur duruşu sadəcə bir şəxsi deyil, böyük br xalqı onun mədəniyyətini təmsil edir.

- Başqa hansı rəssamlarımızın yaradıcılığında Üzeyir bəyin obrazına rast gəlirik?

- XX əsrin ortalarından başlayaraq Azərbaycan təsviri sənətində Üzeyir Hacıbəylinin obrazı aktuallaşmağa başlayıb. Onun portretləri fəaliyyətini əks etdirən kompozisiyalar və simvolik təsvirlər, milli bədii yaddaşın formalaşmasında mühüm yer tutur. Azərbaycan rəngkarlığında Üzeyir Hacıbəyli obrazına Tahir Salahov, Tofiq Kərimov, Nəcəfqulu İsmayılov, Tağı Tağıyev, Ənvər Əliyev, Hüseyn Əliyev, Vəcihə Səmədova kimi rəssamların yaradıcılığında rast gəlinir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Realist üslubda işlənmiş portret Azərbaycan musiqi mədəniyyətinin banisi dahi Üzeyir bəy şəxsiyyətini və mənəvi irsini tərənnüm edir. Üzeyir bəy sadəcə bəstəkar kimi yox, paralel olaraq milli dəyər və mənəviyyat təmsilçisi, milli ruhu oyadan şəxs kimi təqdim olunur. Əsər bir növ meditativ ovqat yaradır. Tabloya baxan tamaşaçı sükut və dərinliklərdə böyük bir şəxsiyyətin dərin dünyasını hiss edir.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 14 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri