Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin qələmindən... Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər Video

Üzeyir Hacıbəylinin qələmindən... Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər Video

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biz necə iş görürük...

Biz necə iş görürük. Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.

O şey nədir? O şey nərdivandır. Necə yəni nərdivan? Nərdivan nədir? Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, evi yıxılar ki, təpəsi dağılar.

Bu belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə işlər görürük. Amma bunun səbəbi var. Səbəbi də budur:

Qonşularımız siçan boyda iş gördükdə, biz yatmışdıq. Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə başladılar, biz yenə də yatmışdıq. Qonşılarımızın eşşək boyda işi irəliləyib camış yekəliyində oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə var ki, qonşularımız fil boyda iş görməyə başladılar.Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var e, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə.Axırı nə oldu?Axırı belə oldu:

Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin təzədən başlayaq. Ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə dəvə. Qərar qoyuruq ki, dəvə boyda işlər qayıraq. Başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılışıb deyirik, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir?Camışdır. Başlayırırq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik. Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək bizə güc eləyir. Tuturuq keçini, görürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.

Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi.Biz belə işlər görürük.

«Tərəqqi», 1908

Üzeyir Hacıbəyli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri