Üzləşdiyimiz təzyiqə dözmək asan deyil
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Üzləşdiyimiz təzyiqə dözmək asan deyil".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri ötən gecə "Göztepe"ni 6-3 hesabı ilə məğlub edən "Çaykur Rizespor"un baş məşqçisi İlhan Palut oyundan sonra deyib.
O bildirib ki, son iki ayda liqada yaşadıqları vəziyyət, əslində, gərginliklə yadda qalıb: "Çox gərgin və stresli anlar yaşadıq. Oyuna baxanda çox yaxşı qollar vurduq. Həqiqətən də plana uyğun qollar vurduq. Digər tərəfdən, üç çox pis qol buraxdıq. Bu da bizi həyəcanlandırdı və bizə təzyiq, basqı yaratdı. Bunları rahat qəbullanmaq çətin məsələ idi. Ancaq bacardıq. Bu gün futbolçlarımız çox yaxşı oynadılar. Azarkeşlərimizə çox təşəkkür edirəm. Bilirəm ki, onların tam istədiyi mövsümü keçirmədik. Bu gün qorxduğumuz, təhlükəli pillədə liqanı bitirmədik. Əlbəttə ki, mövsüm boyu üzləşdiyimiz təzyiqlərə dözmək asan deyildi. Təbii ki, bu gün bunu dəyərləndirmək günü deyil..."
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 May 2025 06:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















