Bu gün iki zəlzələ qeydə alınıb Güclü təkanlar gözlənilir? (Video)
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Xəzər dənizində və İsmayıllıda cəmi 8 dəqiqə fərqlə iki zəlzələ qeydə alınıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, saat 11:27-də Xəzər dənizində baş verən zəlzələnin maqnitusası 3,5 bal olub.
Növbəti zələzələ isə İsmayıllı rayonunda cəmi 8 dəqiqə sonra qeydə alınıb. Yerli vaxtla 11:35-də baş verən yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 10 km olub.Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində hiss olunub.
Qurban Yetirmişlinin sözlərinə görə, Xəzər dənizində bu kimi zəif təkanlar vaxtaşırı qeydə alınır. Ümumilikdə ölkə ərazisində dağıdıcı və yüksək ballı təkanlar gözlənilmir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 19 Oktyabr 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















