Icma.az
close
up
RU
COP29da üzləşdiyimiz kampaniya bizi növbəti tədbirlərdən çəkindirə bilməz MƏLAHƏT İBRAHİMQIZI

COP29da üzləşdiyimiz kampaniya bizi növbəti tədbirlərdən çəkindirə bilməz MƏLAHƏT İBRAHİMQIZI

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 başa çatdı. Ölkəmiz bütün dünyanın diqqətinin cəlb olunduğu bu mötəbər tədbirinin fonunda həm də beynəlxalq səviyyədə tənqidi kampaniya ilə üz-üzə qaldı. 

Azərbaycanda insan haqlarının durumuna , habelə Qarabağdakı anti-terror əməliyyatlarına istinad edərək Azərbaycan əleyhinə böyük bir kampaniyanın şahidi olduq. 

Milli Məclisin YAP-dan olan deputatı Məlahət İbrahimqızı Gununsesi.info-ya müsahibəsində COP29 və anti-hökumət kampaniyasından danışıb.

– Məlahət xanım,  Azərbaycan COP29-a ev sahibliyini üzərinə götürəndə əleyhinə böyük kampaniyanı hesablamışdımı? Dünyanın nüfuzlu media quruluşlarının da cəlb olunduğu bu kampaniya bu mötəbər tədbirə nə dərəcədə təsir etdi?

-Azərbaycan COP-a qədər də I Avropa oyunları kimi bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Yaxın keçmişə baxsanız, görərsiniz ki, biz o zamanda da  Azərbaycanofobiyalı qüvvələrin qara piarının,bizə qarşı qərəzli təbliğatının  şahidi olmuşuq. Azərbaycan hökuməti, şəxsən Dövlət Başçımız heç vaxt bu qarayaxmalar əsasında iş qurmur. Əksinə, möhtərəm Prezidentimiz uğurla həyata keçirdiyi bu beynəlxalq layihələrlə o qüvvələri ifşa edir. Artıq hamı bilir ki, obyektiv bildiyimiz beynəlxalq təşkilatlar necə riyakar və qərəzli yanaşmalarla fəaliyyət göstərir.

Bu mənada da bundan sonra da ölkəmizdə keçiriləcək mötəbər tədbirlərə qarşı da bu qüvvələrin qarayaxmaları ilə üzələşə bilərik. Amma bu bizim dövlətimizi öz müstəqil yolundan döndərə bilməz. Biz dövlətimizin qarşısında olan məqsəd və hədəflərə qovuşmaq üçün bu qara qüvvələrlə mübarizə aparacağıq.

Belə bir fikir səsləndi ki, bəlkə də COP 29 ərəfəsində həbsdə olan fəallar ,jurnalistlər azadlıqda olsaydı , Azərbaycan bu qədər hədəfdə olmazdı. Buna münasibətiniz necədir?

-Qətiyyən bu belə deyil. Bizə qarayaxan əsas qüvvələr kimdir? İlk olaraq erməniləşmiş və erməni diaspora və lobbi təşkilatlarının maliyəsi ilə fəaliyyət göstərən ABŞ-dakı, Avropadakı beynəlxalq təşkilatlar, erməniləşmiş Fransa, Niderland və s ölkələr üçün bəhanələr tapmaq asandır.Onların dərdi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları deyil. 1 milyon qaçqın-köçkünün hüquqlarını bu neçə illərdə yada salmadılar.

Baxın bu ölkələrdə nə qədər insan hüquqları ilə bağlı problemlər var. İldən ilə də bu ölkələrdə hüququn aliliyi polis dəyənəyi ilə ayaqlar altına atılır. Bu ölkələrdə son vaxtlar olan mitinqlərı nəzərdən keçirmək yetər.

Biz hüquqi dövlətdə yaşayırıq. Hüquqi dövlətdə istintaq, yaxud da məhkəmə prosesində olan adamları hansı qanuna istinadla buraxmaq olar? Bunlar bunu yaxşı bilir. Sadəcə olaraq bundan ölkəyə qarşı istifadə edirlər.

Bu kampaniyada bizi Ermənistana qarşı təcavüzdə ittiham etdilər . Bu açıq yalanda məqsəd nə idi? Hətta baş nazir Paşinyan belə bu tipli  bəyanatların müəllifi olmayıb. Bizi “erməni kartı” ilə vurmaq nə dərəcədə effektlidir?

– Bu qüvvələr  bilməlidir ki, artıq gecdir. Azərbaycan xalqı son iki yüz ildə ona qarşı törədilmiş haqsızlığı və ədalətsizliyi törədənlərə layiqli, sarsıdıcı və birdəfəlik cavab veribdir. Tarixi ədalətsizlik bərpa olunub. Respublikamızın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. İnanırıq ki, Qərbi Azərbaycanda da itirilmiş və qəsb edilmiş dədə- baba torpaqlarımız üzərində hüquqlarımızı bərpa edəcəyik. Bu geridönməz prosesdir.

44 günlük Vətən müharibəsi və uğurlu Xankəndi əməliyyatından sonra erməniləşmiş dünya anlayır ki, Azərbaycan Respublikasının Prezidenti heç vaxt gerçəkləşməsi mümkün olmayan layihələr haqqında danışmır. Bu mənada hətta ola bilər ki, ölkəmizə qarşı qarayaxma və “feiknyuslar” daha da artsın. Biz belə şeylərdən qorxmuruq və biz bu qüvvələri davamlı ifşa edəcəyik və onların üzərinə gedəcəyik.

Azərbaycanı tənqid edən bu ölkələr əllərində olan iri media quruluşları vasitəsilə üstümüzə gəldi. Mən izlədim, bir dənə də olsun sujet görmədim ki, Xankəndindən erməniləri zorla çıxarmışıq. Onların yaşaması üçün hər hansı qadağa yox idi. Bugün də Xankəndində ermənilər yaşayır. Onlar azərbaycanlılara qaynayıb-qarışır. Normal həyatlarına davam edirlər. Heç zaman şikayətləri də olmayıb.

Məlahət xanım, söhbətimizin əvvəlində də dediniz. Azərbayucan hər zaman ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ərəfəsində böyük kampaniya ilə üzləşir. COP 29-da üzləşdiklərimiz Azərbaycanı növbəti beynəlxalq tədbirlərə ev sahibliyi etməkdən çəkindirə bilərmi?

– Qətiyyən, biz doğru bildiyimiz yolla gedirik. Avropa İttifaqında olan 3-4 ölkə bütünlüklə bu qitə dövlətlərinin bizə münasibəti kimi ümumiləşməməlidir. Azərbaycan Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə ikitərəfli sıx əməkdaşlıq münasibətindədir. Bu qüvvələr çox deyil. Onların bizə qarşı apardığı kampaniyalar effektiv olmur. Azərbaycan buna öməm də vermir. Onların cavablarını cənab prezidentimiz böyük ustalıqla verib.

Pərviz Həşimli

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see251

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see221

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see160

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see142

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see138

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see138

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri