Icma.az
close
up
RU
Uzun ömür sürmək üçün nə yemək lazımdır? Ən faydalı 11 qida

Uzun ömür sürmək üçün nə yemək lazımdır? Ən faydalı 11 qida

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Sağlam qidalanma uzunömürlülüyün əsas amillərindən biri hesab olunur. Antioksidantlarla zəngin qidaların gündəlik rasiona daxil edilməsi iltihabı azaltmağa, hüceyrələri zədələnmədən qorumağa və xroniki xəstəliklərin inkişaf riskini aşağı salmağa kömək edə bilər.

Qaynarinfo "Verywell Health"a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu cür qidaların müntəzəm istehlakı ürək və beyin sağlamlığına, maddələr mübadiləsinə müsbət təsir göstərə və ömür uzunluğunun artmasına töhfə verə bilər. Diyetoloqlar rasiona daha tez-tez daxil edilməsini tövsiyə etdikləri 11 qidanın siyahısını açıqlayıblar.

1. Qara və yaşıl çay

Qara və yaşıl çay flavonoidlərlə zəngindir. Bu birləşmələr iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Araşdırmalar göstərir ki, çayın müntəzəm istehlakı ürək-damar xəstəlikləri, diabet və artrit riskinin azalması ilə əlaqələndirilir.

2. Alma

Tədqiqatlara görə, almanın müntəzəm istehlakı, xüsusilə də tərkibindəki flavonoidlər kimi antioksidantlar sayəsində, diabet də daxil olmaqla bəzi xroniki xəstəliklərin riskini azaltmağa və uzunömürlülüyü dəstəkləməyə kömək edə bilər.

3. Üzüm

Üzümdə olan antioksidantlar ürək və beyin sağlamlığını dəstəkləyir, iltihabı azaltmağa, qocalma prosesini ləngitməyə və maddələr mübadiləsinin normal fəaliyyətinə töhfə verə bilər.

4. Tünd şokolad

Kakao flavonoidlərin zəngin mənbəyidir. Bu maddələr qan damarlarının və ürəyin sağlamlığını dəstəkləməyə kömək edir. Araşdırmalara görə, tünd şokoladın normada istehlakı qan təzyiqini aşağı sala, xolesterin səviyyəsini yaxşılaşdıra və diabet riskini azalda bilər.

Mütəxəssislər yüksək kakao tərkibli və az şəkərli tünd şokolada üstünlük verməyi tövsiyə edirlər.

5. Portağal

Sitrus meyvələri iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. Xüsusilə portağal qabığında faydalı birləşmələrin daha çox olduğu bildirilir.

6. Çiyələk

Çiyələk iltihabla mübarizəyə kömək edə və yaş artdıqca beynin fəaliyyətində baş verən zəifləməni ləngidərək idrak funksiyalarını dəstəkləyə bilər.

7. Qaragilə

Qaragilə ən zəngin antioksidant mənbələrindən biri hesab olunur. Bu giləmeyvə hüceyrələri zədələnmədən qorumağa kömək edə, ürək-damar xəstəlikləri və diabet riskini azalda bilər.

8. Qreypfrut

Qırmızı və çəhrayı qreypfrut növləri yüksək miqdarda antioksidant ehtiva edir. Bildirilir ki, meyvənin qabığı antioksidant baxımından lətindən daha zəngindir.

9. Qoz-fındıq

Badam, qoz və püstə uzunömürlülərin yaşadığı **"Mavi zonalar"** adlandırılan bölgələrin sakinlərinin rasionunda müntəzəm yer alır. Yüksək kalorili olmalarına baxmayaraq, bu məhsullar faydalı yağların və antioksidantların qiymətli mənbəyi hesab edilir.

10. Soya

Soya məhsulları bitki mənşəli zülal və iltihabı azaltmağa kömək edən maddələrlə zəngindir. Araşdırmalar onların ürək-damar xəstəlikləri və diabet riskini azaltmağa kömək edə biləcəyini göstərir.

11. Yarpaqlı yaşıl tərəvəzlər

Keyl kələmi, manqold, rukola və digər yarpaqlı yaşıl tərəvəzlər flavonoidlər və digər antioksidantlarla zəngindir. Bu maddələr orqanizmin sağlamlığını dəstəkləyir və xroniki xəstəliklərdən qorunmağa kömək edə bilər.

Uzunömürlülüyü dəstəkləyən vərdişlər

Həkim Sohaib İmtiazın sözlərinə görə, təkcə düzgün qidalanmaq kifayət deyil. Onun tövsiyəsinə əsasən, ömür uzunluğunu dəstəkləmək üçün aşağıdakı sağlam həyat tərzi vərdişlərinə də əməl etmək məqsədəuyğundur:

* Gündə 7–9 saat yatmaq;

* Həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyətlə məşğul olmaq;

* Həftədə azı iki dəfə güc məşqləri etmək;

* Meditasiya, gəzinti və ya yoqa vasitəsilə stress səviyyəsini müntəzəm azaltmaq;

* Dostlar və yaxınlarla aktiv sosial münasibətləri qorumaq.

Mütəxəssislər vurğulayırlar ki, balanslaşdırılmış qidalanma ilə sağlam həyat tərzinin birlikdə tətbiqi xroniki xəstəliklərin riskini azaltmağa və uzun illər sağlamlığın qorunmasına kömək edə bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 İyul 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri