Icma.az
close
up
RU
Uzun ömürlülüyün sirri bu iki yağdadır...

Uzun ömürlülüyün sirri bu iki yağdadır...

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. Bu yağların bəzilərinin faydası olsa da, bəziləri səhhətimiz üçün ziyanlı sayılır.

Məsələn, kərə yağları barədə diyetoloqlar, həkimlər qeyd edirlər ki, onu az miqdarda çiy halda yemək lazımdır. Ancaq çoxlarımız hətta kərə yağını əridib yeməklərin bişirilməsindən ondan istifadə edirik.

Musavat.com xəbər verir ki, əslində isə bununla yeməklərimizə müəyyən qədər dad qatsaq da, səhhətimizə ziyan vurmuş oluruq. Ümumiyyətlə, son vaxtlar kərə yağlarının qiymətinin bahalaşması və satışda saxta kərə yağlarının olması insanları bu yağlardan müəyyən qədər uzaqlaşdırıb. Bu cür yağlarla yanaşı, əksəriyyətimizin uzaq durduğu, adı gələndə hətta ağız büzdüyü bir yağ var ki, o keçmişdə nənə-babalarımızın uzun ömürlük resepti olub. Söhbət quyruq yağlarından gedir. Quyruq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızıdır. Bərkdir, şəffafdır, tutumludur. Yağ turşuları ilə zəngindir. Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq vermir. Əridilmiş quyruq yağı həm də dərini cavanlaşdırır. Yüksək kalorili qidadır, hətta az miqdar qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir, yaddaşı, görməni gücləndirir, immuniteti möhkəmlədir.

Buradan anlamaq mümkündür ki, keçmişdə nənə-babalarımız nəyə görə bu qədər uzunömürlü və sağlam olublar. Müasir dövrümüzdə nəinki 60-70, hətta 35-40 yaşlarından artıq insanlarda qocalma prosesi gedir, müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərə düçar olmanın səbəbi isə yaşam tərzi ilə yanaşı, həm də qidalardır.

Qeyd edək ki, 100 qram quyruq yağında 50 faiz yağ turşusu, omeqa-9 var. Bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Bundan başqa, quyruq yağı soyuqdəyməyə, yanıqlara, bronxitə, kürək bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuqdəyməsi olan insanların kürəyinə quyruq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Hazırda bu yağdan kəndlərdə çox istifadə edilir. Quyruq yağı ilə qızartmaların daha dadlı alındığı qeyd edilir.

Digər faydalı yağ isə ta qədimlərdən bu günümüzə qədər gəlib çıxan nehrə yağıdır. Nehrə yağının hazırlanması xüsusi bacarıq tələb edir ki, indinin özündə də kəndlərdə nənələr bu sənəti miras kimi öz nəvələrinə, gəlinlərinə öyrədirlər. Düzdür, nehrə yağının qiyməti də heç də hər kəsin cibinə uyğun olmaya bilər. Ancaq faydasını düşündükdə bu pulu verməyə dəyər. Nehrə yağının hazırlanma mərhələsinə gəlincə isə, bu yağı əldə etmək üçün əvvəlcə təzə süddən qatıq mayalanır. Daha sonra qatıq eyni miqdarda ilıq su ilə bərabər nehrəyə boşaldılır. Nehrə təxminən bir saat çalxalandıqdan sonra yağ ayrılır. Bir nehrəyə 10-15 kiloqram qatıq tökülür ki, bundan da təxminən 600-700 qram yağ əldə olunur. Yağın miqdarı qatıq hazırlanan südün yağlılığından asılıdır. Yağ alındıqdan sonra nehrədə qalan ayran isə yemək zamanı süfrəyə verilir.

Nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Bu yağ xüsusilə səhər yeməyi zamanı əvəzolunmaz nemət sayılır. Nehrə yağı min bir dərdin dərmanı hesab edilir. Düzdür, hazırda satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.

Doktor Seyfəddin Əsəd bütün dünyanın nehrə və quyruq yağlarının faydalı olmasını qəbul etdiyini bildirdi: “Kərə yağı adı ilə satılan yağlar heç vaxt nehrə və quyruq yağı ola bilməz. Satışdakı kərə yağlarının tam saflığından danışmaq mümkün deyil. O cümlədən bitki yağları da bura daxildir. Zeytun yağı ilə günəbaxan və ya qarğıdalı yağını müqayisə etmək olmaz. Bitki yağlarının şahı təmiz zeytun yağıdır. Nehrə yağının tərkibi xolesterini qaldırmır. Yağ tam sovrulur və insan orqanizmi üçün olduqca vacibdir. Quyruq yağı nehrə yağından bir az aşağı səviyyədədir. Ancaq o da insan səhhəti üçün faydalıdır. Bunu min illərlə 100 yaşa qədər yaşayan nənə babalarımız yeyiblər və salam bir ömür sürüblər. Bu gün quyruq və nehrə yağının faydalı olduğu artıq bütün dünyada qəbul olunub. Əvvəllər bütün dünya ən faydalı yağın bitki yağı olduğunu deyirdi”.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri