Uzun sürən xəstəlikdən vəfat etdi
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Göy qurşağının üstündə” filmindəki rolu ilə tanınan rus əsilli eston aktrisası və balerina Tatyana Basova vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.
"Uzun sürən xəstəlik idi. Noyabrda diz əməliyyatından sonra onun vəziyyəti pisləşməyə başladı. Bu, xərçəng deyildi, birdən-birə səhhətində bir neçə problem yarandı" deyə, onun qızı Ellen Kilgas bildirib.
Qeyd edək ki, Tatyana "Mənim gözəl xanımım" musiqili filmində rejissor Georgi Yunqvald-Xilkeviçin diqqətini çəkib. Bununla da "Göy qurşağının üstündə" filmində baş rola dəvət alıb. Filmdə Basova tarix müəllimi Svetlana Mixaylovna rolunu oynayıb.
Baxış sayı:76
Bu xəbər 19 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















