Icma.az
close
up
RU
Vahid Ələkbərov haqda yeni iddialar əsgərlikdə niyə olmayıb?

Vahid Ələkbərov haqda yeni iddialar əsgərlikdə niyə olmayıb?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İki gün əvvəl “Forbes” Rusiyanın ən zəngin adamlarının son reytinq siyahısını açıqlayıb. “Lukoil”un təsisçisi Vahid Ələkbərov 28,7 milyard dollar sərvətlə  şimal ölkəsinin ən zəngin adamı siyahısına başçılıq edib. 
Demokrat.az
musavat.com-a istinadən xəbər verir ki, Vahid Ələkbərov “Lukoil” neft şirkətinin prezidenti vəzifəsindən 2022-ci ilin aprelində  vaxtından əvvəl istefa verib və Direktorlar Şurasını tərk edib. 
Azərbaycan doğumlu oliqarx haqda indiyədək çox yazılıb, amma Rusiya mənbələri indiyədək də onun karyera yüksəlişi haqda hələ də “bəzi şübhələrini”  gizlətmirlər.
Rusiyanın ən böyük özəl neft şirkəti “Lukoil” necə yarandı? Bütün bu saysız-hesabsız sərvət necə oldu ki, Ələkbərov və komandasının əlinə keçdi? Niyə bu komandanın üzvləri həqiqətən  xüsusi toxunulmazlığına sahibdirlər? Bu suallar ətrafında araşdırma aparan Tsarqrad.tv Vahid Ələkbərov haqda ilginc iddialar irəli sürüb. 
Qeyd edək ki, bu media-holdinq Rusiya hərbi kəşfiyyatına yaxındır, xüsusilə 44 günlük müharibədə  Azərbaycan əleyhinə yazılar dərc edib. Ona görə Vahid Ələkbərov haqda araşdırma obyektiv olmaya da bilər. Məsələn, xüsusi qeyd edilir ki, V.Ələkbərov “böyük ehtimalla hərbi xidmətdə olmayıb”, çünki bu barədə nə özü danışıb, nə hansısa mənbədə məlumat var. “Vahid Ələkbərov görünür, orduda xidmət etməyib. Rusiya elitasının bir hissəsi adətən hərbi xidmətdə olduğundan  öyünür, amma Vahid Ələkbərovdan əsgər nağıllarını heç kim eşitməyib.  Ümumiyyətlə isə Vaqid Yusufoviç hərbçilərə çox hörmət edir.  Zamanında “Lukoil”un menecerlərinin təxminən üçdə biri keçmiş hərbçilər olub”- sayt yazıb.
Vahid Ələkbərovun karyera yüksəlişi haqda daha bir qıcqanc reaksiya bu cümlələr hesab oluna bilər.
Bəllidir ki, V.Ələkbərov “AZİ”- ni bitirib. “Ələkbərov institutu bitirdikdən sonra, 1974-1979-cu illərdə Bakıda baş verən möcüzələr hələ də elm tərəfindən deşifrə olunmayıb. Adi neft və qaz hasilatı operatoru altı ildən az müddətdə bir neçə vəzifə dəyişib və 30 yaşında yerli neft yatağının rəis müavini olub. Belə karyera nəinki sovet dövründə, indinin özündə də, demək olar ki, yoxdur.  Vahid Yusufoviçin şöhrət yolu 1979-cu ildə gənc   mütəxəssisin Bakıdan Qərbi Sibir yataqlarının işlənməsinə göndərilməsi ilə başlayır. O, “Surqutneftqaz”  şirkətində  çox sürətlə irəlilədi. 1983-cü ildə Ələkbərov “Koqalımneftqaz”a keçdi və burada yerli neft-qazçıxarma idarəsinin rəisi, 1987-ci ildən isə baş direktoru oldu.  Həm də Koqalım monosənaye şəhərciyinin faktiki sahibi oldu”-nəşr yazır.   
İddia olunur ki, məhz Koqalımda Ələkbərov sonradan neft oliqarxiyasının  zirvəsinə yüksəlməyə imkan verəcək əlaqələr yaradıb.  Söhbət “Uraynefteqaz”a rəhbərlik edən Aleksandr Putilovdan və  “Lanqepasnefteqaz”ın  “kral”ı Yuri Şafranikdən  gedir. Karyera yüksəlişi haqda daha bir xüsusi qeyd: “1990-cı ilin yanvarında hələ nisbətən gənc olan  Ələkbərovun karyerası yeni mərhələ başladı: o, SSRİ  Neft və Qaz Sənayesi Nazirliyi tarixində ən gənc nazir müavini oldu. Bir il sonra isə nazirin birinci müavini postuna təyinat aldı.  SSRİ-nin çöküşünün son aylarında “Qazprom”, “Rosnefteqaz” (indiki “Rosneft”) artıq  yaradılmışdı. Sovet İttifaqının rəsmən  süqutundan bir ay əvvəl  SSRİ Nazirlər Soveti 1991-ci ilin noyabr ayının 25-də   ən çox neft çıxaran və emal edən müəssisələr “LanqepasUrayKogalym"  adı altında  birləşdirildi. Daha sonra, əsas mədən aktivlərinin ilk üç hərfi məşhur “Lukovica” adlandı ki, hələ o zaman Ələkbərov  şirkətə  faktiki nəzarət edirdi.
1992-ci ilin sonunda Prezident Boris Yeltsin “Neft, neft emalı sənayesi və neft məhsullarının tədarükü dövlət müəssisələrinin, istehsal və elmi-istehsalat birliklərinin özəlləşdirilməsinin və səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında”  fərman imzaladı.  Ələkbərovun uzun müddət müttəfiqi olan Yuri Şafranik Rusiya yanacaq və energetika naziri oldu ki, bu, “Lukoil” adlanacaq imperiyanın yolunu açdı. “Lukoil”in özəlləşdirilməsi 1994-cü ildə  başladı, 1995-ci ildə hökumətin qərarı ilə “Lukoil” istehsal zəncirinin bütün hissələri üzrə fəaliyyət göstərən doqquz iri müəssisənin nəzarət paketini aldı”. 
“Lukoil” ətrafında xeyli qalmaqallar da var ki, bunlar barədə zamanında yazılıb. Xüsusilə vitse-prezidentlərinin müəmmalı ölümləri haqda da hələ də ən müxtəlif iddialar var.
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Aprel 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri