Icma.az
close
up
RU
Vahid Ələkbərov Rusiyanın ən varlı 5 ci adamıdır

Vahid Ələkbərov Rusiyanın ən varlı 5 ci adamıdır

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, “Bloomberg Milyarderlər İndeksi”nin fevralın 2-nə olan məlumatına görə, fevralın əvvəlində ən zəngin rusların reytinqində bu şəxslər lider olublar:
1. “Nornikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin ilin əvvəlindən sərvətini 3,46 milyard dollar artıraraq 29,9 milyard dollara çatdırıb.
2. “Severstal” şirkətinin əsas benefisiarı Aleksey Mordaşovun gəlirlərinin 1,28 milyard dollar artması nəticəsində onun sərvəti 27,5 milyard dolları haqlayıb.
3. “Novatek” şirkətinin həmsahibi Leonid Mixelson 25,6 milyard dollarlıq sərvətlə 3-cü yerdə qərarlaşıb. O, ilin əvvəlindən gəlirlərini 1,93 milyard dollar çoxaldıb.
4. “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisinin sərvəti 677 milyon dollar artaraq 24,4 milyard dollara çatıb.
5. İlin əvvəlindən kapitalını 1,55 milyard dollar artıran “Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərovun sərvəti hazırda 24,1 milyard dollar civarında qiymətləndirilir.
“Avroxim” və “SUEK” şirkətlərinin sabiq benefisiarı Andrey Melniçenko altıncı yerdədir. Onun sərvəti 2,83 milyard dollar artıb və hazırda 21,8 milyard dollar səviyyəsindədir.
Yeddinci yerdə metallurgiya, dağ-mədən, telekommunikasiya və texnologiya sahələrində, o cümlədən “Metalloinvest” və “MegaFon” kimi şirkətlərin aktivlərini idarə edən “USM Holding”in təsisçisi Əlişer Usmanov qərarlaşıb. İlin əvvəlindən onun sərvəti 1,03 milyard dollar artaraq 20,3 milyard dollara çatıb.
Sərvətini 30,8 milyon dollar artıraraq 16,6 milyard dollara çatdıran “ONEXIM” qrupunun sahibi Mixail Proxorov tutduğu səkkizinci yeri qoruyub saxlaya bilib.
Doqquzuncu yeri “NOVATEK” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenko tutur. Onun sərvəti ilin əvvəlindən 1,42 milyard dollar artaraq 15,7 milyard dollar təşkil edib.
İlk onluğu sərvəti 786 milyon dollar azalaraq 13,6 milyard dollara enən “Telegram” messencerinin yaradıcısı Pavel Durov tamamlayır.
Ən yaxşı qadın sahibkarlar arasında “Wildberries” market-platformasının yaradıcısı Tatyana Kim öz sərvətini 893 milyon dollar artıraraq 8,78 milyard dollarlıq sərvətlə ən varlı rusiyalıların reytinq cədvəlində 19-cu yeri tutub.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri