Valdas Dambrauskas: “Bu, bizdə məyusluq yaratdı”
Icma.az, Apasport saytına istinadən bildirir.
"Sabah" UEFA Çempionlar Liqasının III turunda "Borussiya" ilə qarşılaşıb - 1:2.
Apasport.az xəbər verir ki, matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
"Rəqibin keyfiyyəti öz sözünü dedi. Bu, futboldur. Çox yaxşı qol vəziyyətləri yaratdıq. Oyunun son saniyəsinə qədər mübarizənin içində qaldıq. Rəqibi təbrik edirəm. Öz komandamla qürur duyuram."
– Komandanızın taktiki planını görmədik…
- Deyəsən, oyunu yaxşı izləməmisiniz. Matça yenidən baxın.
– Patrik Mbina komandanızın “jokeri” kimidir. Bu gün onun çıxışından razı qaldınız?
- Komandamda olan hər kəsdən razıyam. Futbolçularım əllərindən gələni edirlər.
– Sizi ən çox məyus edən məqam hansı oldu?
- Qaçırdığımız qol imkanları. Belə rəqibə qarşı hesabda geri düşəndə çətinliklər qaçılmazdır. İkinci qolu buraxmaq məyusluq yaratdı. Bu oyundan dərs çıxardıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Oktyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















