Valdas Dambrauskas: Fasilədən sonra ilk matçda qalib gəlmək heç də asan deyil
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Mövsümün ikinci hissəsinə çox gözəl qalibiyyətlə başladıq. Fasilədən sonra ilk matçda qalib gəlmək heç də asan deyil. Əvvəlki nəticələr də bunu göstərir. Heç kəs asanlıqla qalib gələ bilmir. Birinci hissədə 3 qol vurduq. 4:1 hesabı ilə qalib gəlsək də, mənfi şeylər görürəm. Biz daha da artırmalıyıq. Xüsusilə topla çıxarkən, hücumların qurulmasında, bəzən bitiricilikdə dəqiqlik çatışmırdı, bunları da inkişaf etdirməliyik. Qarşıdakı matçlarda heç də biz bu qədər əldə edə bilməyəcəyik. Amma bunların hamısı başadüşüləndir. Bir müddət fasilədən sonra yenidən başlamışıq. Bu qələbədən sonra hər şeyi unudaraq, sabah bərpa məşqimizə başlamalıyıq. Sonra da qarşıdakı çox ağır "Zirə" oyununa hazırlaşmalıyıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 17-ci turunun "Karvan-Yevlax"la(4:1) görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.
- Transferlər olacaq?
- Dəfələrlə bu suala cavab vermişəm. Bizim 20-dən çox oyunçumuz var. Biz onların hamısının potensialına bələdik. Hələ də onlar özlərinin ən yaxşı tərəfini göstərməyiblər, hələ artırmalıdırlar, hələ çox inkişaf etməlidirlər. Əgər doğru oyunçu olarsa, görsək ki, bizə uyğundur, onu gətirə bilərik. Mənim vəzifəm əlimdə olan futbolçulara məşq keçmək, inkişaf etdirməkdir. Bu işlərlə daha çox klubumuzun transfer işləri məşğul olur. Biz də həmişə klub rəhbərliyi ilə daim əlaqədəyik. Doğru oyunçu olarsa, onu gətirə bilərik. Çox da söz-söhbətlərə, şayiələrə də inanmaq lazım deyil.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Yanvar 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















