Icma.az
close
up
RU
Fasilədən sonra ilk matçı qazanmaq asan olmur Valdas Dambrauskas

Fasilədən sonra ilk matçı qazanmaq asan olmur Valdas Dambrauskas

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fasilədən sonra ilk matçı qazanmaq asan olmur" - Valdas Dambrauskas

"Böyük hesabla qalib gəlsək də, biz daha da inkişaf etməliyik".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 17-ci turunda "Karvan-Yevlax" üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edərkən deyib.

Mütəxəssis mövsümün ikinci hissəsinə qələbə ilə başlamağın vacibliyini vurğulayıb. O, fasilədən sonrakı ilk matçların həmişə çətin olduğunu, lakin komandasının ilk hissədə 3 qol vuraraq işini asanlaşdırdığını bildirib. Buna baxmayaraq Dambrauskas böyük hesablı qələbəyə rəğmən komandasının oyununda çatışmazlıqlar gördüyünü gizlətməyib:

"Xüsusilə geridən oyun qurarkən və hücumların təşkilində dəqiqlik səviyyəmiz aşağı idi. Bəzən son vuruşlarda, bitiricilikdə də çətinlik çəkirdik. Bu detalları mütləq inkişaf etdirməliyik. Qarşıdakı oyunlarda hər zaman bu qədər qol epizodu yaxalamaya bilərik, ona görə də fürsətlərdən maksimum yararlanmalıyıq.

Təbii ki, bu çatışmazlıqlar anlaşılandır, çünki uzun fasilədən sonra yenidən adaptasiya olmağa çalışırıq. İndi bu qələbəni kənara qoyub, sabahdan etibarən bərpa məşqlərinə start verməliyik. Bütün diqqətimizi qarşıdakı çox çətin keçəcək "Zirə" matçına yönəltməliyik".

Transfer məsələlərinə də toxunan baş məşqçi əsas diqqətini mövcud heyətin inkişafına yönəltdiyini bildirib:

"Dəfələrlə demişəm, 20-dən çox oyunçumuz var və onların hamısının potensialına bələdik. Hələ də onlar ən yaxşı tərəflərini göstərməyiblər, inkişaf etməlidirlər. Mənim vəzifəm əlimdə olan futbolçulara məşq keçməkdir. Amma əgər doğru oyunçu olarsa, görsək ki, bizə uyğundur, transfer edə bilərik. Çox da şayiələrə inanmaq lazım deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Yanvar 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri