Icma.az
close
up
RU
“Valideyn komitəsi” 50 100 manatdan yığırsa... Müəllim üçün ən yaxşı hədiyyə...

“Valideyn komitəsi” 50 100 manatdan yığırsa... Müəllim üçün ən yaxşı hədiyyə...

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

8 Mart - Beynəlxalq Qadınlar Günü dünyada qadınlara hörmət və sevgi ifadə etmək üçün qeyd olunan bir gündür.

Bu gün insanların analarına, bacılarına, həyat yoldaşlarına, dostlarına və müəllimlərinə öz minnətdarlıqlarını göstərmək üçün onlara hədiyyə verməsi adət halını alıb. Xüsusilə məktəblərdə şagirdlər müəllimlərinə kiçik hədiyyələr təqdim edirlər. Bu, əslində, müəllimə olan sevgini və hörməti göstərməyin gözəl bir nümunəsidir.

Lakin təəssüf ki, bəzi hallarda bu gözəl ənənə suistifadəyə çevrilir. Bəzi müəllimlər hədiyyəni sadə bir təşəkkür jesti kimi deyil, məcburi bir öhdəlik kimi görürlər. Hətta bəzən şagirdlər və valideynlər bahalı hədiyyələr almağa məcbur edilirlər. Bu isə təhsildə qeyri-bərabərliyə və korrupsiyaya yol açır.

Elə ötən günlərdə də 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy müəllimlərin ona ad günü münasibəti ilə aldıqları hədiyyəni bəyənməyib “mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bu hadisədən sonra o tutduğu vəzifədən azad edilib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, 8 Mart yaxınlaşır və təbii ki, hər hansısa bir şagirdin ürəyindən keçib müəlliminə gül, hədiyyə alırsa, bu, normal haldır. Müəllimlər gülə, sevgiyə, diqqətə layiqdir, amma bəzi nüanslar da var:

“Hansısa bir “valideyn komitəsi” 50-100 manatdan pul yığıb müəllimə verməyi təklif, təşviq edirsə, bu, artıq yolverilməzdir, korrupsiyadır. Düşünürəm ki, özünə hörmət edən hər bir müəllim bu addımı dəyərləndirməməlidir”.

Müsahibimiz deyib ki, hədiyyə vermək məcburi olmamalıdır. Əslində, bir müəllim üçün ən dəyərli hədiyyə şagirdlərinin uğuru və onlara olan səmimi hörmətidir. Bu səbəbdən də məktəblərdə hədiyyə mədəniyyəti doğru istiqamətə yönləndirilməlidir. Ən gözəl hədiyyə – şagirdlərin dərslərində müvəffəq olması və müəllimlərini səmimi şəkildə təbrik etməsidir.

Rizvan Fikrətoğlu: Rüşvət sayılan hədiyyələr sinifdə şagirdlər arasında müəllimin ayrıseçkilik qoymasına da səbəb olur

Ekspertin sözlərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidə bununla bağlı xəbərdarlıq etdi ki, belə bayramlarda hədiyyə almaq, pul vermək kimi hadisələr yolverilməzdir.

“Bu cür hadisələrin qarşısının alınması üçün nə qədər tədbir görülsə də, bəzən boşluqlar yarana bilir. Belə rüşvət sayılan hədiyyələr sinifdə şagirdlər arasında müəllimin ayrıseçkilik qoymasına da səbəb olur. Çünki bəzi valideynlərin büdcəsi müəllim üçün yığılan pula yetmir və nəticədə daha az məbləğ verməli olur”,- deyə təhsil eksperti qeyd edib.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri