Icma.az
close
up
RU
Valideyn övlad münasibətlərində QIRMIZI XƏTT Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ

Valideyn övlad münasibətlərində QIRMIZI XƏTT Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir çox məsələlərdə Avropaya inteqrasiya etməyə çalışırıq. Amma bu çalışmalarımızda diqqətdən kənar qalan bəzi məqamlar var. Onlardan biri də valideyn-övlad münasibətləridir. Qərb ölkələrində valideynlər 18 yaşından sonra övladlarının işinə qarışmır. Onların müstəqil həyata təkbaşına alışmasına imkan verirlər. Eyni zamanda övladlar da öz qərarlarında tam müstəqil olurlar. İstər şəxsi karyerada, istərsə də ailə həyatı qurarkən gənclər özləri qərar verirlər. Valideynlər sadəcə kənarda dayanıb övladlarının həyat yolunu izləyirlər.
Təbii ki, belə vəziyyətdə gənclər daha rahat olur, müstəqil qərarlar verə bilir və səhv etməməyə çalışırlar. Çünki onların səhvlərini heç bir valideyn sığortalamır.
Çox təəssüf ki, bizdə mənzərə tam fərqlidir.
Valideyn qəbir evinə qədər övladları üçün çalışır. Təkcə çalışmır, eyni zamanda övladlarının əvəzinə qərarlar verir. Hansı baxçaya, hansı məktəbə, hansı universitetə getməyi əsasən valideynlər müyyən edirlər. Hətta kiminlə evlənəcəyinə də bəzən valideynlər qərar verirlər. Bəzən övladın harada və kiminlə yaşayacağı da valideynlərin seçiminə əsasən müəyyənləşir.
Nəticədə övladlarımızın bir qismi bu qədər fədakarlıqdan bezib, qaçır. Özləri ayaqda qalmaq istəyirlər. Bəziləri isə bu fədakarlıqdan sui-istifadə edir. Bu gün valideynin imicini və sərvətini istədiyi kimi sağa-sola xərcləyən kifayət qədər övladlar tanıyırıq. Onlar son nəticədə valideynlər üçün yaramaz övlada, cəmiyyət üçünsə neqativ nümunəyə çevrilirlər.
Ən maraqlısı da odur ki, valideynlərin ultra fədakarlığı onların özlərinin rahatlığını, sağlamlıqlarını əllərindən alır. Belə məlum olur ki, bəzi valideynlər ömürləri boyu ancaq övladları üçün yaşayıblar, özlərini isə unudublar.
Bəs elə isə valideynlər övladları üçün nə qədər fədakar olmalıdırlar?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bütün dünyada qəbul edilmiş qaydadır ki, valideynlər övladları üçün fədəkarlıq etməlidirlər:
“Amma bunun da müəyyən çərçivəsi olmalıdır. Valideyn fədakarlığı uşaqların ərköyün böyüdülməsinə qədər gedib çıxmamalıdır. Bu məsələdə valideynlər ciddi məsuliyyət daşıyırlar. Hər bir valideyn fədakar olmalıdır. Bizim də valideynlərimiz fədakar olublar. Amma onlar imkan verməyiblər ki, bizim tərbiyəmiz pozulsun, təhsilimiz axsasın. Ən əsası da ərköyünləşib ictimai qınaq obyektinə çevrilməyimizə imkan verilməyib.
Biz də bu cür etməliyik. Fədakarlıq edib övladlarımızın ailəmiz və cəmiyyətimiz üçün layiqli insan kimi yetişməsinə nail olmalıyıq. Nəzərə alaq ki, uşaqların ərköyün və şıltaq böyüdülməsi son nəticədə cəmiyyəti ciddi problemlərlə üz-üzə qoyur.  Əsas diqqət ediləsi məqam da budur. Ona görə də övladlarımız müstəqil həyata öyrətməliyik, hər bir məsələdə məsuliyyətin onların üzərində qalacağını təşviq etməliyik”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri