Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qaydaların tətbiqi nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif edilib. Layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin sosial platformalarda şəxsi hesab açmasına icazə verilməyəcək.
Məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Yeni tələblərə görə, platformalarda qeydiyyat zamanı istifadəçilərin yaşı yoxlanılmalı və yaş məhdudiyyətinə əməl olunmasına nəzarət edilməlidir.
Paytaxt sakinləri arasında keçirdiyi sorğuda vətəndaşların əksəriyyəti bu təşəbbüsü dəstəklədiklərini bildiriblər. Onlar hesab edirlər ki, uşaqlar sosial şəbəkələrdə yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşır və bəzən həmin davranışları təqlid edirlər.
Qanun layihəsinə əsasən, hansı platformalara bu tələblərin tətbiq ediləcəyi aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunacaq. Həmçinin yaşın təsdiqlənməsi və 16-18 yaş arası istifadəçilər üçün valideyn razılığının alınması məqsədilə bank kartı, elektron poçt və mobil nömrə kimi məlumatlardan istifadə edilməsi nəzərdə tutulur.
Asya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 İyun 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















