TikTok valideyn nəzarəti funksiyasını yenilədi Yeniyetmələr daim izlənəcək
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
TikTok 2026-cı ilin noyabrında valideynlər üçün nəzərdə tutulan “Family Pairing” (Ailə əlaqələndirməsi) funksiyasını yeniləyərək yeni analitika panelini istifadəyə verib.
Bizim.Media xəbər verir ki, yenilənmiş funksiya artıq mobil tətbiqlə yanaşı, veb-brauzer vasitəsilə də əlçatandır.
Yeni panel valideynlərə övladlarının tətbiqdə keçirdiyi vaxtı, gecə aktivliyini, izlədiyi hesabları və maraq dairəsini izləməyə imkan verir. Həmçinin yeniyetmələrin həftə ərzində paylaşdığı açıq videoları və onların baxış statistikasını görmək mümkündür.
Bundan əlavə, valideynlər uşaqlarının özünə zərər verməklə bağlı məzmunu dəfələrlə axtarması barədə xəbərdarlıq alacaqlar.
TikTok bu bildiriş sistemini uşaq təhlükəsizliyi və psixi sağlamlıq üzrə mütəxəssislərlə birlikdə hazırlayır. Funksiya valideynlərə belə hallarda övladları ilə söhbətə başlamaq üçün tövsiyələr də təqdim edəcək.
Qeyd edək ki, yeniyetmələr üçün gündəlik ekran vaxtı standart olaraq 60 dəqiqə müəyyən edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 24 Noyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















