Icma.az
close
up
RU
Valideyn icazəsi olmadan hesab açmaq mümkün olmayacaq? VİDEO

Valideyn icazəsi olmadan hesab açmaq mümkün olmayacaq? VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qaydalar gündəmə gəlib.

Təklifə əsasən, sosial media platformalarında fərdi hesab açmaq üçün minimum yaş həddi 16 olmalıdır.

Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, 16-18 yaş arası şəxslər isə yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə sosial şəbəkələrdə hesab yarada biləcəklər. Əsas məqsəd uşaqları zərərli kontentdən, kibertəqibdən (bullinqdən), manipulyativ çağırışlardan, cinsi istismar risklərindən və psixoloji təsirlərdən qorumaqdır.

Qanun layihəsində sosial media platformaları üçün də konkret tələblər nəzərdə tutulur. Belə ki, platformalar yaşın təsdiqlənməsi mexanizmlərini tətbiq etməli, azyaşlılarla bağlı toplanan fərdi məlumatlardan kommersiya məqsədilə istifadə etməməli və dövlət qurumlarına müvafiq hesabatlar təqdim etməlidirlər.

Müzakirə olunan dəyişikliklərdə diqqətçəkən məqamlardan biri də 16-18 yaşlı istifadəçilər üçün sonsuz sürüşdürmə (infinite scroll) və videoların avtomatik oynadılması kimi asılılıq yarada bilən texnoloji mexanizmlərin məhdudlaşdırılmasıdır. Mütəxəssislərin fikrincə, xüsusilə, qısa video formatları uşaqlarda diqqət dağınıqlığına, informasiyanın səthi qavranılmasına və yaddaş problemlərinə səbəb ola bilər.

Bununla belə, ekspertlər hesab edirlər ki, məsələ yalnız qadağalarla həll olunmamalıdır. Onların fikrincə, sosial şəbəkələrə yaş məhdudiyyətinin tətbiqi geniş ictimai müzakirələr, valideynlərin maarifləndirilməsi və məktəblərdə media savadlılığı proqramları ilə müşayiət edilməlidir.

Çünki rəqəmsal təhlükəsizliyin təmin olunması təkcə dövlətin deyil, həm də ailənin və təhsil sisteminin birgə məsuliyyətidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyun 2026 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri