Icma.az
close
up
RU
Valideyn və müəllimlərin yaratdığı “WhatsApp” qrupları uşaqlar üçün riskə çevrilir

Valideyn və müəllimlərin yaratdığı “WhatsApp” qrupları uşaqlar üçün riskə çevrilir

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bəzi müəllimlərin uşaqların dərsə hazırlaşmamasını və ya sinifdaxili davranışlarını əks etdirən video-foto görüntüləri valideynlər tərəfindən qurulan “WhatsApp” qruplarında paylaşması cəmiyyətdə birmənalı qarşılanmır.
Yeniavaz.com
xəbər verir ki, bu cür yanaşma ilk baxışdan valideynləri məlumatlandırmaq məqsədi daşısa da, uşağın psixoloji durumu və şəxsi toxunulmazlığı baxımından ciddi risklər yarada bilər.
Bəs görəsən, müəllimlərin bu cür qruplarda uşaqların təhsil göstəriciləri və yaxud davranışı ilə bağlı məlumatları paylaşması nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, problemin kökü valideyn qruplarının fəaliyyət mexanizminin dəqiq müəyyənləşdirilməməsindədir:
“Məktəblərdə demək olar ki, hər bir sinfin özünə məxsus valideyn qrupu var. Bəzi məktəblərdə isə məktəb direktoru, yaxud məktəb rəhbərliyinə daxil olan şəxslər, ən pis halda sinif rəhbəri həmin qrupa əlavə olunur və qrupda gedən yazışmalardan müəyyən qədər məlumatlı olurlar. Bildiyiniz kimi, son günlər həm sosial şəbəkələrdə, həm də mediada həmin valideyn qrupları barədə müəyyən etirazlar, fikirlər səsləndirilir”.
Məzahir Məmmədli qeyd edib ki, müəllimin şagirdin dərs oxumaması və ya davranışı ilə bağlı məlumatları valideyn qruplarında müzakirə etməsi yolverilməzdir:
“Bu, həm beynəlxalq konvensiyalara, həm də Azərbaycan Respublikasının uşaq hüquqları ilə bağlı qanunvericiliyinə ziddir. Bu səbəbdən də belə məsələlər nə valideyn qruplarında, nə də valideyn iclaslarında müzakirə edilə bilməz. Beynəlxalq təcrübədə qiymətləndirmə ilə bağlı valideynlərə xüsusi izahatlar verilmir. Lakin bizdə əksər valideyn iclaslarında valideynlərlə birlikdə ümumi müzakirələr açılır və orada şagirdlər birbaşa müzakirə obyektinə çevrilir: filankəsin uşağı yaxşı oxudu, digəri zəif oxudu, imtahandan kəsildi və s. Bu kimi müzakirələr prosesin neqativ tərəfidir. Yaxşı olar ki, bütün bunlar nəzərə alınsın, xüsusilə valideyn qruplarında və valideyn iclaslarında ifadə olunan fikirlərə daha diqqətli yanaşılsın”.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Fəridə Musavi isə bildirib ki, bu cür halların uşaqların psixoloji durumuna ciddi mənfi təsiri ola bilər:
“Bu dövrlərdə uşaqların psixologiyasında müəyyən sarsıntılar baş verə bilər ki, bu da onların özünə qapanmasına səbəb olur. Əgər müəllimlər bu mövzu ilə bağlı şikayət, tənbeh və ya maarifləndirici məlumatları ilk növbədə uşaqla birbaşa ünsiyyət quraraq, müəllim-şagird arasında qarşılıqlı anlaşma yaradaraq həll etməyə çalışsalar, bu daha məqsədəuyğun olar. Nəticə əldə edilmədiyi təqdirdə isə valideyn prosesə cəlb edilməlidir. Belə ki, uşağın ətrafındakı şəxslərin müəllimin şikayətindən xəbərdar olması onun psixologiyasına mənfi təsir göstərə bilər. Çünki yaş mərhələləri nəzərə alındıqda, hər yaş dövrünün özünəməxsus psixoloji həssaslıq və sarsıntı mərhələləri mövcuddur. Bu kimi hallar uşaqların psixologiyasında onların daxili potensial və bacarıqlarının üzə çıxmasına mane olan psixoloji baryerlərin yaranmasına səbəb ola bilər”.
Psixoloq Aynur İsgəndərova isə hesab edir ki, bu cür məsələlərin qrup şəklində müzakirə edilməsi pedaqoqun qeyri-peşəkarlığından xəbər verir:
“Hər hansı bir hadisə və ya problem qrupda səsləndirilərsə, digər valideynlər və ya bunu eşidən şagirdlər həmin şagird haqqında müəyyən fikir formalaşdırırlar. Bundan əlavə, müəllimin düşüncəsi digər şagirdlərə də ötürülür. Bu səbəbdən müəllimin şagird haqqında müsbət və ya mənfi fikrini valideyn qrupunda səsli mesaj, görüntü və ya digər formalarda paylaşması digər valideynlərin həmin şagirdə olan münasibətini formalaşdırır. Həmçinin şagird müəyyən mənada psixoloji təzyiqə məruz qalır və həm şagirdlər, həm də valideynlər tərəfindən “problemli şagird” kimi yadda qalır. Bu isə təbii ki, yolverilməzdir”.
Fəridə Əsədzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Yanvar 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri