Icma.az
close
up
RU
Valideynlər arzularını yox, övladın potensialını əsas götürməlidir MÜNASİBƏT BİLDİRİLDİ

Valideynlər arzularını yox, övladın potensialını əsas götürməlidir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Müasir dövrdə gənclərin karyera seçimi məsələsi cəmiyyətin mühüm müzakirə mövzularından biridir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu prosesdə valideynlərin rolu isə əhəmiyyətli dərəcədə qalmaqda davam edir. Bəzən bu təsir müsbət, bəzən isə gənclərin potensial və maraqlarına uyğun olmayan istiqamətləndirmələr şəklində mənfi xarakter alır. Sovetlər Birliyi dövrü ilə müqayisədə bu gün valideynlərin övladlarının ixtisas seçiminə təsiri daha da güclənmiş kimi görünür: "Valideynlər övladlarının təhsil və gələcək karyeraları ilə bağlı qərarlarında artıq orta məktəbin aşağı siniflərindən etibarən müdaxilə etməyə başlayırlar. 6-7-ci siniflərdən etibarən uşaqların fənn yönümləri – humanitar, ya texniki sahəyə meyllilikləri müəyyən olunmağa çalışılır. Bu mərhələdə onların xarakter xüsusiyyətləri, davranışları və maraqları nəzərə alınaraq gələcəkdə hansı sahədə uğur qazana biləcəkləri barədə ilkin düşüncələr formalaşır.

Lakin bir çox valideyn hələ də öz arzularını övladlarına yükləməyə çalışır. Xüsusilə sovet dövründən gələn stereotiplər, hüquqşünas və ya həkim olmaq arzusu hələ də bir çox ailədə qalmaqdadır. Lakin unudulmamalıdır ki, hər bir şagirdin hüquq fakültəsinə daxil olmaq və ya həkim olmaq potensialı yoxdur. Bu səbəbdən valideynlər şəxsi istəklərini deyil, övladlarının real bilik və bacarıqlarını əsas götürərək onlara istiqamət verməlidirlər.

Ali təhsil mərhələsi və sonrakı karyera dövründə isə müşahidə olunur ki, bir çox gənc seçdiyi ixtisas üzrə fəaliyyət göstərmir. Bu, həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Bəzi hallarda gənc bitirdiyi ixtisasda karyera imkanlarını zəif görür, bəzi hallarda isə təsadüfi şəkildə başqa sahəyə yönəlir. Məsələn, hüquqşünaslıq ixtisasını bitirən bir şəxsin biznes sahəsində uğurlu karyera qurduğu hallara tez-tez rast gəlinir.

Sovet dövründə ali təhsilli şəxslərin böyük əksəriyyəti dövlət təyinatı ilə ixtisaslarına uyğun işlə təmin olunurdular. Müasir dövrdə isə bu praktika olmadığından gənclər daha çox şəxsi təşəbbüslərinə və imkanlarına əsaslanaraq iş axtarışına çıxırlar.

Valideynlərin karyera seçiminə təsirini qiymətləndirərkən onların intellektual səviyyəsi, dünyagörüşü və gələcək vizyonu da nəzərə alınmalıdır. Bəzi valideynlər nəinki dəstək göstərir, əksinə, düzgün istiqamət vermədikləri üçün övladlarını çaşdıra da bilirlər. Ən ideal yanaşma isə odur ki, valideyn övladının bacarıq və maraqlarını düzgün qiymətləndirsin və bu əsasda ona düzgün yol göstərsin.

Müasir dövrdə bəzi gənclər artıq ali təhsildən sonra bir neçə xarici dil öyrənir, ölkə xaricində şəxsi inkişaf perspektivləri görür və öz karyera yollarını müstəqil şəkildə seçirlər. Bu da onu göstərir ki, gənclərin dünyagörüşü genişləndikcə onların karyera ilə bağlı qərarları daha çox öz şəxsi iradələrinə əsaslanır.

Bununla belə, ümumi mənzərə göstərir ki, bu gün gənclərin ali təhsil almağa maraqları artmışdır. Valideynlərin bu prosesdəki təsiri isə əvvəlki dövrlərlə müqayisədə daha çox müşahidə olunur. Əlbəttə ki, valideyn müdaxiləsi tamamilə aradan qalxmamalıdır. Lakin bu müdaxilə yalnız o zaman faydalı ola bilər ki, valideyn övladının potensialını düzgün qiymətləndirə bilsin və onun maraqlarını, seçimini nəzərə alsın".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri