Icma.az
close
up
RU
Valideynlər uşaqları dinləyirmi, yoxsa yalnız nəzarət edirlər? MÜNASİBƏT BİLDİRİLDİ

Valideynlər uşaqları dinləyirmi, yoxsa yalnız nəzarət edirlər? MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu gün bağçalarda və məktəblərdə valideynlər uşaqlarını onlayn sistemlə, kameralar vasitəsilə izləməyi üstün tuturlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu nəzarət anlayışı artıq bəzi hallarda xəstəlik səviyyəsinə çatıb: "Valideyn uşağın həyatının hər bir anına nəzarət etmək istəyir. Amma bu, gələcəkdə ciddi psixoloji problemlərə səbəb ola bilər. Uşaq böyüyüb şəxsiyyət kimi formalaşmağa başlayanda, azadlıq istəyəndə, artıq dərk edəndə ki, o nəzarət altında olmaq istəmir, bu zaman həm uşaq, həm də valideyn üçün travmatik vəziyyətlər yarana bilər. Valideyn özünü pis hiss edəcək, tək qalacaq, övladına qarşı aqressiya göstərəcək və övladını özünə borclu hesab edəcək: “Mən səni belə böyütmüşəm” düşüncəsi ilə. Amma gəlin bir az da uşağın baxış bucağından düşünək: Uşaq nə istəyir? Müşahidələr göstərir ki, valideynlər çox vaxt uşağa özlərinin sevdiyi oyuncağı alırlar. Yəni seçim uşağın deyil, valideynin istəyinə əsaslanır. Və yaxud çoxlu şirniyyat alırlar, ya da istənilən istəyə dərhal reaksiya verirlər. Bu isə uşağın ehtiyacını deyil, valideynin öz eqosunu təmin etməkdir. Valideyn özünü “mükəmməl ana/ata” kimi hiss etmək üçün bu cür davranır. Lakin sual olunur: Həqiqətənmi bu uşağa lazımdır? Azadlıq vermək çox gözəl anlayışdır, amma bu azadlığın sərhədi olmalıdır. Həddindən artıq azadlıq və nəzarətsizlik uşağın inkişafına mənfi təsir edə bilər. Həmçinin bu gün ailədə “iki ana” obrazı yaranıb. Atalar da ana rolunu oynayır. Artıq ailədə dominant, fikrini sərt şəkildə ifadə edən ata obrazı demək olar ki, yoxdur. Halbuki ailədə bir tarazlıq olmalıdır: ana həlimliyi, ata isə qərarlılığı və məsuliyyəti təmsil etməlidir. Bu balans pozulduqda, ailə strukturu və uşaq psixologiyasında problemlər yaranır. Bununla yanaşı, bu gün çox vaxt "valideyn övladla dost olmalıdır" ideyası ön plana çəkilir. Avropa dəyərləri ilə yaşamağa çalışırıq, amma bizim mental və genetik kodlarımız fərqlidir. Biz nə qədər çalışsaq da, daxili mahiyyətimizi tam dəyişdirə bilmərik. Dəmir qapı taxta qapı ola bilməz, taxta da dəmirə çevrilə bilməz. Tərkib nədirsə, onunla uyğun yaşamaq lazımdır. Bu baxımdan, bu gün valideyn-övlad münasibətlərini düzgün şəkildə tarazlamaq vacibdir. Həm sərhəd, həm də sevgi ilə qurulan münasibət uşağın sağlam psixoloji və sosial inkişafı üçün əsas şərtdir".

Müəllif: Günel Rəşadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri